ƏHNƏFIN ƏBU MUSA ILƏ SÖHBƏTI
Əbu Musa ilə vidalaşan axırıncı adam Əhnəf idi. O, Əbu Musanın əlindən tutub dedi:–Bu işin əhəmiyyətini dərk et və bil ki, iş davam edir. Əgər Iraqı zay etsən, daha ondan bir şey qalmayacaq. Allah ilə müxalifət etməkdən qorx. Əgər sabah Əmr Asla qarşılaşsan, əvvəl sən salam vermə. Salam verməkdə qabağa düşməyin yaxşı iş olmasına baxmayaraq, o buna layiq deyildir. Onunla əlbəəl görüşmə, çünki sənin əlin ümmətin əmanətidir. Olmaya səni məclisin baş tərəfində oturda; çünki bu iş hiylə və məkrdir. Səninlə bir otaqda təklikdə danışmasına imkan vermə, çünki bir neçə nəfəri şahid kimi gizlətməsi, onların da sənin əleyhinə şəhadət vermələri mümkündür.
Sonra onun Imam (ə)-a sadiq olub-olmamasını yoxlamaq üçün ona belə təklif etdi:–Əgər Imam (ə)-ın barəsində Əmr Asla razılığa gələ bilməsəniz, ona de ki, iraqlılar Şamda yaşayan Qüreyşli bir nəfəri xəlifə seçə bilərlər. Əgər bunu da qəbul etməsə, başqa bir şey təklif et. Məsələn, de ki, şamlılar Iraqda yaşayan Qüreyş tayfasından bir nəfəri xəlifə seçə bilərlər.228
(Bu sözlərin mənası Imam (ə)-ın işdən götürülməsi, başqa bir xəlifənin təyin edilməsi idi.) Əbu Musa bu sözləri eşitdi, lakin heç bir əksül-əməl göstərmədi. Əhnəf dərhal Imam (ə)-ın yanına qayıtdı və hadisəni o həzrətə dedi, sonra da qeyd etdi ki, biz öz haqqımızı almaq üçün elə bir adamı göndəririk ki, onun üçün sənin xilafətdən çıxarılıb-çıxarılmamağının heç bir fərqi yoxdur. Imam (ə) buyurdu:–Həqiqətən Allah Öz işində qalibdir.
Əhnəf dedi ki, bu iş bizim narahatçılığımıza səbəb olacaq.229
Dostları ilə paylaş: |