Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


SƏD VƏQQAS VƏ ONUN OĞLU ÖMƏR



Yüklə 249,24 Kb.
səhifə115/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   111   112   113   114   115   116   117   118   ...   162

SƏD VƏQQAS VƏ ONUN OĞLU ÖMƏR


Səd Vəqqas Imam (ə)-la beyət etməyənlərdən biri idi, lakin özünü münaqişələrdən uzaqda saxlamışdı. Siffeyn müharibəsi sona çatdıqdan sonra Bəni-Səlim tayfasının olduğu yerə gələrək xəbərləri müntəzəm surətdə izləyirdi. Elə bu zaman uzaqdan bir atlının ona tərəf gəldiyini gördü. Yaxınlaşanda məlum oldu ki, öz oğlu Ömərdir. (O, Kərbəlada Imam Hüseyn (ə) və onun dostlarını qətlə yetirmişdi.) Atası vəziyyəti soruşduqda, o, qəbul etdirilən həkəmiyyəti və qazilərin Dumətül-cəndələ getməsini xəbər verdi. O, atasına dedi ki, özünü oraya çatdırsın, bəlkə islamdakı xidmətlərinə görə xilafəti ələ keçirə bildi. Atası dedi:–Oğlum, sakit ol. Mən Peyğəmbərdən eşitmişəm ki, ondan sonra bir fitnə qalxacaqdır. Ən yaxşı adam odur ki, o fitnədən uzaq olsun. Mən elə əvvəldən xilafət məsələsinə baş qoşmadım, bundan sonra da baş qoşmaram. Əgər o işə qarışmalı olsam, Əli ilə birlikdə qarışaram. Camaat məni iti qılınclarla hədələdi, lakin mən onu cəhənnəm odundan irəli bildim.230

Səd Vəqqas hər iki tərəfə kömək etməyi fitnə qarışıq bir kömək, onun sonunu da cəhənnəm odu hesab edirdi. Amma eyni halda Əli (ə)-ın Müaviyəyə nisbətən mövqeyini tam üstün tuturdu. O elə həmin gecə oxuduğu (oğlunun da eşitdiyi) şerdə Əli (ə)-ı təriflədi, Müaviyəni isə pislədi. Onun məzmunu belə idi:



"Əgər bir gün bu işə girişməli olsam,

Əliyə tabe olar, o hara meyl etsə, ora gedərəm."

Onun nə qədər cahil olmasında bunu bilmək kifayətdir ki, rəhbərliyi və imaməti Qədir Xumda hamıya aydın olan, Osmanın qətlindən sonra mühacir və ənsarın beyət etdiyi bir imama tabe olmağı "fitnəyə daxil olmaq" kimi təsəvvür edirdi. Halbuki belə bir imamdan üz döndərmək cəhənnəmə daxil olmağa səbəb olur.231



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin