Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


ŞƏRHBILIN IMAM (ə)-IN NÜMAYƏNDƏSI ILƏ MÜZAKIRƏSI



Yüklə 249,24 Kb.
səhifə12/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   8   9   10   11   12   13   14   15   ...   162

ŞƏRHBILIN IMAM (ə)-IN NÜMAYƏNDƏSI ILƏ MÜZAKIRƏSI


Cərir Həsinlə birlikdə Şərhbilin yanına gəldi, hər üçü müzakirəyə başladılar. Şərhbil Imam (ə)-ın nümayəndəsinə dedi:–Sən müəmmalı bir xəbərlə buraya gəlmisən. Məncə, bizə qarşı vəsvəsə edib, Iraqla Şamı bir-birinə qarışdırmaq istəyirsən. Sən Əlini tərifləyirsən, halbuki, o, Osmanın qatilidir. Qiyamət günü Allah qarşısında cavab verəcəksən!

Imam (ə)-ın nümayəndəsi belə cavab verdi: Mən heç də müəmmalı bir xəbərlə sizin yanınıza gəlməmişəm. Mühacir və ənsarın Əli ilə beyət etdiyi halda onun xilafəti necə müəmmalı ola bilər?! Təlhə və Zübeyr beyəti pozduqları üçün öldürülmüşdür. Sən özünü şirin ağzına atmısan, mən isə heç vaxt belə bir iş görməmişəm! Əgər Iraq və Şam haqqın qorunub saxlanması üçün müttəfiq olsalar, onda bu iş onların batil bir iş üstündə bir-birindən ayrılmalarından yaxşıdır. Allaha and olsun ki, Əlini "Osmanın qatili" adlandırmaq uzaqdan-uzağa töhmət vurmaqdan başqa bir şey deyildir. Sən dünyaya meyl etmisən və keçmişdə, Səd Vəqqasın dövründə də sənin qəlbində bir şey var idi. (Bu cümlədə "Səba" surəsinin 53-cü ayəsi istifadə olunmuşdur.)29

Məclis sona çatdı, Cərir sonra bir qəsidədə özünün yəmənli dostu Şərhbilə aşağıdakı məzmunda belə bir xəbər göndərdi: "Şərhbil, ey Səmtin oğlu, həvayi-nəfsə itaət etmə, çünki bu dünyada dinin yerini verə biləcək bir şey yoxdur, Hərbin oğluna da de ki, artıq bu gün öz məqsədinə çatmaq üçün hörmətin yoxdur, belə isə onun ümidini kəs!"30

Cəririn gözəl bir şer şəklindəki nəsihətli sözləri Şərhbilin əlinə çatanda sanki yuxudan ayıldı, bir az fikirləşib dedi:–Bu söz mənim üçün dünya və axirətdə bir nəsihətdir. Allaha and olsun, son qərara gəlməkdə tələsməyəcəyəm!"

Müaviyə Cərirlə Şərhbilin müzakirəsindən və Cəririn ona göndərdiyi xəbərdən agah olduqda Cəriri tənbeh etdi, sonra onun sözlərinin təsirini aradan qaldırmaq üçün bir qrup adamı məcbur etdi ki, müntəzəm surətdə Şərhbillə təmasda olub Osmanın Əli (ə) tərəfindən öldürülməsini onun fikrində qəti və danılmaz bir məsələ kimi qələmə versinlər, bu barədə yalandan şəhadət versinlər, ona saxta məktublar yazsınlar. Onlar çox çalışdıqdan sonra ikinci dəfə olaraq onu aldada bildilər və o öz əzmində möhkəm dayandı.31

Yəmənin digər qəbilə başçıları Şərhbilin fikrindən və onun aldanmasından xəbərdar olduqda çıxış yolunu yalnız bunda gördülər ki, onun bacıoğlusunu göndərsinlər, o da dayısı ilə söhbət edib onu ayıltsın. (O, Şam əhalisi içərisində Əli (ə)-la beyət edən bir neçə nəfərdən biri idi və Şamın zahid və abid şəxsiyyətlərindən sayılırdı.) O bir qəsidə deyərək Müaviyənin hiyləgər məqsədlərini ifşa etdi və ona bildirdi ki, bu şahidlər və məktublar oyunbazlıqdan başqa bir şey deyildir və heç birinin etibarı yoxdur. Şərhbil bu şerin məzmunundan agah olduqda dedi:–Bunu şeytan göndərmişdir. Allaha and olsun ki, onu tutsam Şamdan çıxaracağam!"32

Müaviyə öz məmurlarının vasitəsi ilə Şərhbilin fikirlərini dəqiq şəkildə izləyirdi. Onun öz fikrində ciddi olduğunu gördükdə belə bir xəbər göndərdi: "Haqqa müsbət cavab verdiyinə görə Allah sənə əcr versin! Bilirsən ki, cəmiyyətin saleh və təqvalı şəxsləri sənin fikrini qəbul etmişlər, lakin bunların razılığı və xəbərdarlığı Əli ilə mübarizə üçün kafi deyildir. Əli ilə cihad etmək üçün xalq kütlələrinin razılığını cəlb etmək lazımdır. Çıxış yolunu yalnız bunda görürəm: sən Şamın şəhərlərinə səfər edərək elan et ki, Osmanı Əli öldürmüşdür, müsəlmanlar gərək onun intiqamını alsınlar."

O, səfərə çıxdı, əvvəlcə Həmsə getdi, orada bir xütbə söyləyib dedi:–Ey camaat! Bilin ki, Osmanı Əli öldürmüş, bütün islam məmləkətlərinə hakim olmuşdur. Yalnız Şam qalmışdır. O, qılıncını belinə asmışdır və əgər Allah tərəfindən bir hadisə qarşıya çıxmasa, sizin də növbəniz gəlib çatacaqdır. Onun qarşısını almaq üçün Müaviyədən qüdrətli bir şəxs yoxdur. Ayağa qalxın və hərəkət edin!

Aldanmış abidin sözləri ona qarşı xüsusi hörmət bəsləyən Həms əhalisinə çox təsir etdi. Onun səhv etdiyini söyləyən abid və zahidlərdən başqa, hamı bir nəfər kimi onun çağırışına müsbət cavab verdi. Sonra Şamın digər şəhərlərinə getdi və camaatı Əliyə qarşı cihadda iştirak etməyə çağırdı, hamı da razı olub müsbət cavab verdi.

Daha sonra Dəməşqə qayıtdı və öz qələbələrindən xoşhal halda Müaviyənin yanına gəldi, özünün keçmiş sözünü yenidən təkrar edib dedi:–Əgər sən Osmanın qatilləri və Əli ilə cihad etsən, biz ya intiqam alacağıq, ya da öz məqsədimiz yolunda canımızdan keçəcəyik! Bu halda sən öz vəzifəndə qalacaqsan. Əks halda isə səni işdən götürüb başqasını sənin yerinə seçərik, onun əmri ilə cihad edib, ya Əlidən Osmanın intiqamını alarıq, ya da ki, öldürülərik!33

Müaviyə onun alovlu sözlərini eşitdikdən sonra sevincdən yerə-göyə sığmırdı.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin