Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


-Camaat namazından ayrılmaqla hökumətə etiraz



Yüklə 249,24 Kb.
səhifə124/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   120   121   122   123   124   125   126   127   ...   162
2-Camaat namazından ayrılmaqla hökumətə etiraz.

Namazı camaatla birlikdə qılmaq müstəhəbdir, təklikdə (fürada) qılmaq isə günah deyildir.250 Amma islamın əvvəllərində vəziyyət tamamilə başqa cür idi, belə ki, camaat namazında ardıcıl olaraq iştirak etməmək hökumətə qarşı etiraz, nifaq və ikiüzlülük əlaməti idi. Buna görə də rəvayətlərdə namazın camaatla qılınmasına dair çoxlu təkidlər olunmuşdur.

Xəvaric məscidə gəlir, amma camaat namazında iştirak etməməklə öz müxalifətlərini aşkar edir, namaz başlayanda çox kəskin şüarlar verməyə başlayırdılar. Bir gün Imam (ə) namaz qılanda, xəvaricin başçılarından biri olan Ibni Kəvva etiraz əlaməti olaraq bu ayəni oxudu: "Sənə və səndən qabaqkı peyğəmbərlərə vəhy olundu ki, əgər şirk əməli əncam versən, əməlin puç olacaq və ziyankarlardan olacaqsan."251

Imam (ə) tam mətanət və təmkinlə, həmçinin Quranın hökmü ilə "hər vaxt Quran tilavət olundusa, ona qulaq asın və aram olun, bəlkə ilahi rəhmətdə olasınız"252 -ayəsinin hökmünə görə sükut etdi, ibni Kəvva ayəni qurtardıqdan sonra namazını davam etdirdi. Lakin o, ayəni yenidən oxudu, Imam (ə)-da sükut etdi. Ibni Kəvva bu işi bir neçə dəfə təkrar etdi, Imam (ə) da təmkinlik göstərdi. Nəhayət Imam (ə) aşağıdakı ayəni oxumaqla ona elə cavab verdi ki, həm öz namazına xələl gəlmədi, həm də ibni Kəvvanı susdurdu: "Səbir et, həqiqətən Allahın vədəsi haqdır. Mömin olmayanların işləri səni qəzəbləndirməsin!"253

Ibni Kəvva da bu ayəni tilavət etməklə tam həyasızlıqla Peyğəmbər (s)-dən sonrakı ilk mömini müşrik hesab edərək deyirdi ki, o, Allahdan qeyrisini hökmdə şərik qərar vermişdir! Biz sonralar "ilahi hakimiyyət" barəsində ətraflı şəkildə söhbət edəcəyik.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin