Cərir heç vaxt gözləmədiyi bu hadisədən bərk narahat oldu və köhnə dostu və öz qəbiləsinin zahidi ilə bir daha əlaqə yaradaraq onu bu qərarın dəhşətli nəticələrindən xəbərdar edərək dedi:–Allah islam ümmətini qan axıdılmasından saxlamış, ikitirəliliyi aradan qaldırmışdır. Islam məmləkətlərinin rahat həyata və asayişə qədəm qoymasına az qalıb. Məbada cəmiyyətin daxilində fitnə-fəsad yaradasan! Öz fikrini heç kimə açıqlama, çünki elə bir vəziyyət yarana bilər ki, artıq onun qarşısını ala bilməzsən.
Şərhbil dedi:–Əsla! Mən heç vaxt öz fikrimi gizlətmərəm.
Sonra ümumi bir yığıncaqda söhbət etdi. Camaat da onun keçmişdəki ibadətlərini nəzərə alaraq fikrini təsdiq etdilər. Həmin vaxt orada olan Imam (ə)-ın nümayəndəsi tam ümidsiz oldu və nə edəcəyini bilmədi.34
Dostları ilə paylaş: |