Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


HÖCCƏTIN AXIRINCI DƏFƏ OLARAQ TAMAMLANMASI



Yüklə 249,24 Kb.
səhifə141/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   137   138   139   140   141   142   143   144   ...   162

HÖCCƏTIN AXIRINCI DƏFƏ OLARAQ TAMAMLANMASI


Imam (ə) xəvariclə müzakirənin bir fayda verəcəyindən məyus olduqda ordunu nizama salmağa başladı. Sağ cinahın rəhbərliyini Hücr ibni Ədiyə, sol cinahın rəhbərliyini isə Şibs ibni Rəbiəyə tapşırdı. Əbu Əyyub Ənsarini süvarilərə, Əbu Qutadəni isə piyada qoşunlarına sərkərdə seçdi. Bu müharibədə Imam (ə)-ın qoşununda iştirak edən səkkiz yüz mədinəli səhabənin rəhbərliyini Qeys ibni Səd ibni Übadəyə tapşırdı, özü isə qoşunun mərkəzində yer seçdi. Sonra süvari qoşun tərəfində "aman" bayrağı qaldırdı, Əbu Əyyuba buyurdu ki, uca səslə desin: "Qayıtmaq üçün yol açıqdır. Hər kəs bu bayrağın altına gəlsə, tövbəsi qəbul olunacaq; həmçinin Kufəyə getsə, yaxud xəvaricdən ayrılsa, əmin-amanlıqda olacaqdır. Biz sizin qanınızı tökməyə israr etmirik."

Bu vaxt bir dəstə adam ayrılıb bayrağın altına gəldi, Imam (ə) da onların tövbələrini qəbul etdi. Bəziləri demişlər ki, xəvaricdən min nəfər qayıdıb bayrağın altına yığışdı.286 Imam (ə)-a tərəf gələn xəvaric başçıları bunlar idi: Müsər ibni Fərdəki, Əbdüllah Tai, Əbu Məryəm Sədi, Əşrəs ibni Ovf və Salim ibni Rəbiə. Bundan sonra onların içində Əbdüllah ibni Vəhəb Rasibidən başqa daha tanınmış adam qalmamışdı.287

Təbəri yazır ki, bu dəstənin tövbə edib Imam (ə)-a tərəf qayıtmasından sonra xəvaricin ordusunda iki min səkkiz yüz nəfər qalmışdı, amma ibni Əsir onların sayını min səkkiz yüz nəfər qeyd etmişdir.288

Imam (ə) öz köməkçilərinə göstəriş verdi ki, düşmən döyüşü başlamayınca siz başlamayın. Bu vaxt xəvaricdən bir nəfər Imam (ə)-ın qoşununa hücum etdi, üç nəfəri yerə sərdi. Bu zaman Imam (ə) hücumu özü başladı və əvvəlcə onu öldürdü, sonra ümumi hücum fərmanı verdi və buyurdu:–Allaha and olsun, sizdən yalnız on nəfər öldürüləcək, onlardan isə on nəfərdən başqa heç kim sağ qalmayacaqdır!289

Bu vaxt Əbdüllah ibni Vəhəb Rasibi meydana gəlib dedi:–Ey Əbu Talibin oğlu! Səndən əl çəkməyəcəyəm: ya səni öldürəcəyəm, ya da özüm öləcəyəm!

Imam (ə) cavabda buyurdu:–Allah onu öldürsün! Nə qədər də həyasızdır! O bilir ki, mən nizə-qılıncla böyümüşəm. (Sonra əlavə etdi:) O, həyatdan ümidini üzmüş, yalançı və tamahkar gözünü mənə dikmişdir.

Bunu deyib bir qılınc zərbəsi ilə onu cəhənnəmə vasil etdi.290 Bu döyüşdə qələbə qısa müddət ərzində Imam (ə)-a nəsib oldu. Imam (ə)-ın döyüşçüləri sağdan-soldan düşmənin mərkəzinə hücum etdilər. Çox keçmədən xəvaricin cansız cəsədləri torpağa sərildi. Onların hamısı bu döyüşdə öldürüldü, yalnız on nəfər canını qurtara bildi: ikisi Xorasana, ikisi Əmmana, ikisi Yəmənə, ikisi Iraq adasına, ikisi isə "Təlli Muzən"ə pənah apardılar və orada qalıb xəvaric nəslini davam etdirdilər.

Döyüş qurtarandan sonra Imam (ə) onların cəsədləri qarşısında dayanıb təəssüflə buyurdu: "Vay halınıza! Sizi aldadanlar sizə böyük ziyan vurmuşlar!"

Imam (ə)-dan soruşdular: "Onları kim aldatdı?" Imam (ə) buyurdu: "Yoldan çıxaran Şeytan və onların tüğyançı nəfsləri. Arzularla onları aldadaraq tüğyançılıq yollarını üzlərinə açdılar, onlara qələbə vədəsi verdilər və nəhayət yandırıcı oda saldılar!"291

Imam (ə)-ın dostları belə təsəvvür edirdilər ki, artıq xəvaricin nəsli kəsilmişdir, lakin Imam (ə) onlara cavab verib buyurdu: Yox, belə deyildir! Onlar nütfə surətində kişilərin sülbündə, qadınların bətnində yaşamaqdadırlar. Hər vaxt onlardan bir şaxə cücərsə, (hökumətlər tərəfindən) kəsiləcək (və onun yerində başqa bir şaxə cücərəcək), nəhayət qarətçi və mal-dövlət oğruları şəklinə düşəcəklər.292

Sonra buyurdu:–Məndən sonra xəvariclə vuruşmayın. Sizin əsil düşməniniz Müaviyədir. Mən xəvariclə, məhz təhlükəsizliyin təmin olunması naminə döyüşürdüm. Onlardan azlıq təşkil edən bir qrup sağ qalmışdır ki, döyüş üçün yararlı deyildirlər.

Imam (ə) qənimət alınan silahları və atları öz köməkçiləri arasında bölüşdürdü, məişət vəsaitlərini, kənizlərini və qulamlarını isə onların vərəsələrinə qaytardı. Sonra ordunun içində dayanıb onlara təşəkkür etdi və əmr etdi ki, elə oradan birbaşa Siffeynə gedib əsl fəsadın kökünü kəssinlər. Amma onlar Imam (ə)-a belə cavab verdilər:–Qollarımız yorulmuş, qılınclarımız sınmış, oxlarımız qurtarmışdır. Yaxşı olar ki, Kufəyə qayıdıb öz qüvvələrimizi nizama salaq.

Onların qayıtmağa dair israr etmələri Imam (ə)-ı təəssüfləndirdi və onlarla birlikdə Kufəyə, Nüxeylə düşərgəsinə qayıtmağa məcbur oldu. Onlar tədriclə Kufəyə gedir, arvad-uşaqları ilə görüşür və evlərində qalırdılar. Çox keçmədən o düşərgədə az sayda adam qaldı. Onların sayı o qədər az idi ki, hətta şamlılarla döyüşə getmək üçün belə, kifayət etməzdi.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin