MISRIN FƏTH OLUNMASI VƏ MƏHƏMMƏD IBNI ƏBU-BƏKRIN ŞƏHADƏTI
Osmanın qətlindən sonra Şamdan başqa bütün məntəqələr Əli (ə)-ın hakimiyyət dairəsinə keçmişdi. O həzrət 36-cı hicri ilində (öz hökumətinin birinci ilində) Qeys ibni Səd ibni Übadəni Misrə vali təyin edib ora göndərdi.304 Amma çox keçmədən müəyyən səbəblərə görə onu həmin vəzifədən götürdü və elə həmin ildə (Cəməl müharibəsindən sonra) Məhəmməd ibni Əbu-Bəkri Misrə vali göndərdi. Bu barədə Imam (ə)-ın iki məktubu tarixdə qeyd olunmuşdur: birini o həzrət rəsmi hökm kimi yazıb Məhəmməd ibni Əbu-Bəkrin özünə vermiş, digərini isə onun Misirdə qərarlaşmasından sonra göndərmişdi. "Töhəfül-üqul" kitabının müəllifi hər iki məktubu qeyd etmişdir.305 Əbu Ishaq da "Əl-Ğarat" kitabında hər iki məktubu nəql etmiş, birincinin 36-cı ilin Ramazan ayının əvvəlində yazıldığını qeyd etmişdir. Ikinci məktub "Əl-Ğarat"da geniş şəkildə nəql olunmuşdur. Imam (ə) həmin məktubda islam hökmlərindən çoxunu bəyan etmişdir. Biz sonralar Imam (ə)-ın ikinci məktubu barədə təfsilatı ilə söhbət edəcək, onun Müaviyənin əlinə necə keçməsini, sonralar da onun sülaləsində əldən-ələ ötürülməsinin səbəblərini göstərəcəyik. Indi isə Imam (ə)-ın birinci məktubunun tərcüməsini veririk: