Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə)-IN MƏHƏMMƏD IBNI ƏBI-BƏKRƏ YAZDIĞI MƏKTUB



Yüklə 249,24 Kb.
səhifə152/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   148   149   150   151   152   153   154   155   ...   162

IMAM (ə)-IN MƏHƏMMƏD IBNI ƏBI-BƏKRƏ YAZDIĞI MƏKTUB


Məhəmməd ibni Əbi Bəkr Imam (ə) tərəfindən işdən götürüldüyünə və onun yerinə Malikin təyin edildiyinə görə çox narahat idi. Onun narahatçılıq xəbəri Imam (ə)-a çatanda bir məktub yazaraq Malikin şəhadət xəbərini bildirdi və ona başsağlığı verdi. O həzrət belə yazmışdı: "Mənə xəbər çatıb ki, Malikin Misrə göndərilməsindən incimisən, (bil ki,) mən bu işi sənin öz vəzifənə laqeyd yanaşdığına görə etməmişəm. Əgər mən səni Misrin hakimliyindən çıxarıramsa da, idarə olunması o qədər də çətin olmayan bir məntəqəyə vali təyin edərəm ki, ora vali olmaq sənin üçün daha maraqlı olar. Misrə vali təyin etdiyim şəxs bizə qarşı xeyirxah, düşmənlərə qarşı barışmaz idi. Allah ona rəhmət etsin! O öz həyatını sona çatdırdı və ölümlə elə bir halda əlbəyaxa oldu ki, biz ondan razı idik. Allah da ondan razı olsun və onun xeyir əcrini qat-qat artırsın! Indi sənə vacibdir ki, düşmənlə vuruşmaq üçün öz qoşununu şəhərdən kənara aparasan, orada düşərgə salaraq işi ehtiyatla davam etdirəsən, döyüş üçün tam ciddiyyətlə hazırlaşasan. Camaatı Allaha tərəf çağır və Ondan kömək istə. Allah sənin mühüm işlərində sənə kifayət edər, müsibətlərdə sənə köməkçi olar."313

Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin