Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


"Mən Qutamın mehriyyəsi kimi bir mehriyə görmədim ki



Yüklə 249,24 Kb.
səhifə158/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   154   155   156   157   158   159   160   161   162
"Mən Qutamın mehriyyəsi kimi bir mehriyə görmədim ki,

Istər ərəbdən, istərsə də əcəmdən olan bir nəfər onu öz öhdəsinə alsın.

Onun mehriyyəsi ibarət idi: min dirhəm pul, bir qulam, bir kəniz,

Bir də iti qılıncla Əliyyibni Əbu-Talibin qətlə yetirilməsi.

Heç bir mehriyyə, hərçənd qiymətli olsa da, Əlidən qiymətli,

Heç bir cinayət də Ibni Mülcəmin cinayətindən ağır deyil."327

Qutam dedi:–Mən öz qəbiləmdən bir dəstə adamı səninlə göndərəcəyəm ki, sənə bu işdə kömək etsinlər.

Bunu dedikdən sonra Kufə xaricilərindən biri olan Vərdan ibni Mücalidi (o da Təymür-Rübab qəbiləsindən idi) ona qoşdu. Ibni Mülcəm Əli (ə)-ı öldürməyi qərara alıb Əşcə qəbiləsinin xəvaricindən olan Şəbib ibni Bəcrə ilə görüşdü və ona dedi:–Dünya və axirət şərafətini qazanmaq istəyirsənmi?

Şəbib soruşdu:–Məqsədin nədir?

Dedi:–Əliyyibni Əbi Talibi öldürməkdə mənə kömək et.

Şəbib dedi:–Anan matəminə otursun! Məgər Peyğəmbər zamanında onun xidmətlərindən, fədakarlıqlarından xəbərin yoxdurmu?

Ibni Mülcəm dedi:–Vay olsun sənə! Məgər bilmirsən ki, o, Allahın kəlamında adamların həkəmiyyətinə razı oldu və bizim namaz qılan qardaşlarımızı qətlə yetirdi?! Öz din qardaşlarımızın intiqamını almaq üçün onu öldürməliyik!328

Şəbib onunla razılaşdı, Ibni Mülcəm bir qılınc itiləyib ona zəhər yedirtdi, sonra Kufə məscidinə gəldi.

Qutam Ramazan ayının 13-də, cümə günü məsciddə etikaf bağlamışdı.329 Onlar Qutamın yanına gedib onunla görüşdülər. Qutam dedi ki, Məcaşe ibni Vərdan ibni Əlqəmə də könüllü olaraq sizinlə həmkarlıq edəcəkdir. Əməliyyat vaxtı gəlib çatanda Qutam onların başlarına ipək parça bağladı. Üçü də birlikdə qılınclarını götürüb məsciddə qalan adamlarla birlikdə orada qaldılar və məscidin qapılarından birinin–"Babüssəddə"nin qarşısında oturdular.330


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin