Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə) ŞƏHADƏT GECƏSINDƏ



Yüklə 249,24 Kb.
səhifə159/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   154   155   156   157   158   159   160   161   162

IMAM (ə) ŞƏHADƏT GECƏSINDƏ


Imam (ə) o ilin Ramazan ayında daim öz şəhadətindən xəbər verirdi. Hətta ayın orta günlərindən birində minbərdə əlini mübarək saqqalına çəkib buyurmuşdu: "Ən bədbəxt şəxs bu tükləri başımın qızıl qanı ilə boyayacaq. (Sonra buyurdu:) Ayların şahı olan Ramazan ayı gəlib çatmışdır. Bu ayda hökumətdə dəyişiklik əmələ gələcək. Agah olun, siz bu ildə bir səfərdə həcc əməlini (əmiriniz olmadan) yerinə yetirəcəksiniz. Əlaməti də budur ki, mən sizin içinizdə olmayacağam."331

Səhabələr deyirdilər:–Həzrət bu sözlə öz ölümündən xəbər verir, amma biz onu dərk etmirik.

Həzrət ömrünün axır günlərində hər gecə övladlarının birinin evinə gedirdi. Bir gecə oğlu Həsən (ə)-ın, bir gecə oğlu Hüseyn (ə)-ın, bir gecə kürəkəni (Zeynəb (ə)-ın əri) Əbdüllah ibni Cəfərin yanında iftar edir və üç tikədən artıq yemirdi. Az yeməsinin səbəbi soruşulduqda buyurdu: "Allahın əmri gələcək və mən istəyirəm ki, qarnım boş olsun. Bir-iki gecədən çox qalmamışdır." Və elə həmin gecə zərbətləndi.332

Şəhadət gecəsi iftarda öz qızı Ümmü Külsümə qonaq idi. Iftarı açıb üç tikə xörək yedi, sonra ibadətə məşğul oldu. O həzrət gecənin əvvəlindən sübhə kimi iztirabda idi. Gah göylərə baxır, ulduzların hərəkətinə göz qoyurdu. Sübh yaxınlaşdıqca onun iztirabı və narahatlığı artırdı. Sonra buyurdu: "Allaha and olsun, nə mən yalan deyirəm, nə də mənə xəbər verən şəxs; bu gecə elə mənə şəhadət vədəsi verilən gecədir."333

Bu vədəni ona Peyğəmbəri-Əkrəm (s) vermişdi. Əli (ə)-ın özü nəql edirdi ki, Peyğəmbər (s) Ramazan ayının ehtiramı və fəziləti barədə bir xütbə söylədi, axırda ağladı. Ondan ağlamasının səbəbini soruşduqda, buyurdu: "Bu ayda sənin başına gələcək işə görə (ağlayıram). Elə bil bunu görürəm ki, sən namaza məşğulsan, dünyanın ən alçaq adamı–Səmud naqəsini öldürənin tayı ayağa qalxıb sənin başına bir zərbə endirir və saqqalını qanına qəltan edir."334

Nəhayət o qorxulu gecə sona çatdı, Əli (ə) sübhün qaranlığında sübh namazını qılmaq üçün məscidə tərəf yola düşdü. Həyətdəki qazlar onun ardınca gedib paltarından tutdular. O qazları qovmaq istədilər, amma həzrət buyurdu:–Onlarla işiniz olmasın, bunlar fəryad çəkənlərdir, arxasınca novhə oxuyacaqlar.335

Imam Həsən (ə) dedi:–Niyə belə bəd xəbər verirsən?!

Buyurdu:–Ey oğul, bəd xəbər vermirəm, qəlbim mənə şəhadət verir ki, öldürüləcəyəm.336

Ümmü Külsüm Imam (ə)-ın sözlərindən pərişan olub dedi:–Əmr verin, Cödə gedib pişnamazlıq etsin.

Həzrət buyurdu:–Allahın qəza-qədərindən qaçmaq olmaz!

Bunu deyib kəmərini möhkəm bağladı, dilində bu şeri zümzümə edərək məscidə yola düşdü: Şerin tərcüməsi:


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin