Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


CƏRIR MÜAVIYƏ ILƏ SAZIŞ BAĞLAMAQDA TƏQSIRLƏNDIRILIR



Yüklə 249,24 Kb.
səhifə17/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   13   14   15   16   17   18   19   20   ...   162

CƏRIR MÜAVIYƏ ILƏ SAZIŞ BAĞLAMAQDA TƏQSIRLƏNDIRILIR


Cəririn Şamda yubanmasına görə Iraq camaatı onu düşmənlə sazişkarlıqda müttəhim etməyə başladı. Camaat arasında yaranan söz-söhbət Imam (ə)-a çatdıqda, buyurdu: "Yenidən bir məktub yazıram və onun Şamda qalmasına son qoyuram. Əgər bundan sonra da Şamda qalsa, onda ya aldanmış, ya da bizim fərmanımıza etina etməyib müxalifətə başlamışdır."

Imam (ə)-ın Cərirə yazdığı məktub belə idi:

"... Mənim məktubum sənə çatan kimi Müaviyəni qəti bir fikir söyləməyə vadar et, onu köç etdirən və döyüşçülərin sərgərdan qalmasına səbəb olan bir müharibə və xaredici təslim olmaqdan ibarət olan iki yoldan birini seçməkdə ixtiyarlı et. Əgər müharibəni seçsə, mövcud olan hər növ əhd-peymanı və amanı ondan götür, əks halda isə ondan beyət al."38

Cərir Imam (ə)-ın məktubunu alan kimi onu Müaviyəyə oxudu, sonra dedi:–Bir adamın qəlbi günahın çoxluğu nəticəsində qapanıb bərkisə, tövbə etməklə açılar. Mən də sənin qəlbinin bağlandığını fikirləşirəm. Haqq ilə batil arasında qərar tutmusan və başqasının əlində olan bir şeyə göz dikmisən.

Müaviyə dedi:–Başqa bir məclisdə öz qəti fikrimi elan edəcəyəm.

O öz qəti fikrini elə bir vaxtda elan etdi ki, artıq Şam əhalisi onunla beyət etmiş, Müaviyə də onları sınamışdı. Yalnız bundan sonra Imam (ə)-ın nümayəndəsinə qayıtmaq izni verdi və Imama da bir məktub yazdı. Tarixçilərdən bəziləri o məktubun belə olduğunu qeyd etmişlər: "...Əgər mühacir və ənsar, sənin Osmanın öldürülməsində əlin olmadığın halda səninlə beyət etmiş olsaydılar, onda sənin xilafətin də əvvəlki üç xəlifənin xilafəti kimi olardı, lakin sən mühacirləri Osmanı öldürmək üçün təhrik etdin, ənsarı da onu (Osmanı) himayə etməyə qoymadın. Nəticədə cahillər sənə itaət etdi, zəiflər gücləndi. Şam camaatı Osmanın qatillərini təhvil verməyincə səninlə vuruşmağı qərara almışlar. Əgər təhvil versən, xilafət məsələsi müsəlmanların şurasında irəli çəkilib həll olunacaq. Canıma and olsun, bil ki, sənin mənimlə olan vəziyyətin Təlhə və Zübeyrlə olan vəziyyətin kimi deyildir. Çünki onlar səninlə beyət etmişdilər, lakin mən beyət etməmişəm. Şam əhalisi də Bəsrə əhalisi kimi deyildir, çünki bəsrəlilər səninlə beyət edərək sənə itaət etməyi qəbul etmişlər, halbuki Şam əhalisi sənin xilafətini və sənə itaət etməyi qəbul etməmişdir. Amma sənin islamda olan iftixarlarını, Rəsuli-Əkrəmlə olan yaxınlığını və Qüreyş arasında olan mövqeyini heç vaxt inkar etmirəm."39

Bu məktub yalanla dolu olmaqla eyni zamanda Müaviyənin əxlaq normalarına riayət etmədiyi hiylələrindəndir. O öz məqsədinə çatmaq üçün rəqibinə hər hansı iftira atmaqdan çəkinmirdi. Lakin Imam (ə) öz məktublarında özünü müdafiə etmək üçün real həqiqətləri irəli çəkirdi. O həzrət, Müaviyəyə yazdığı bir məktubda onun vurduğu töhmətlərə belə cavab verir: "...Elə bir şəxsin məktubu mənə çatmışdır ki, onun nə ağlı vardır ki, onu (düz yola) hidayət etsin, nə də bir rəhbəri var ki, onu (düz) yola gətirsin. Tamah onu (özünə tərəf) çağırmış, o da (bu çağırışa) müsbət cavab verib ona tabe olmuşdur. Sən belə təsəvvür edirsən ki, Osman barəsində gördüyüm iş mənim beyətimi (sənin üçün) qüvvədən salmışdır. Canıma and olsun ki, mən mühacirdən olan bir adam idim, onlar haradan getdilərsə, mən də oradan getdim. Allah isə heç vaxt onların hamısını birlikdə azğınlığa salmaz, gözlərinə pərdə çəkib örtməz. Mən nə Osmanın qətlinə fərman verdim ki, fərmanda xəta etmək məni tutsun, nə də onu öldürdüm ki, məndən qisas alınması vacib sayılsın. Sən deyirsən ki, şamlılar bu gün Hicaz əhlinə hakimdir. Şamlılardan bir adam göstər ki, onun şuraya üzv olması qəbul edilsin və Peyğəmbərin canişinliyi məqamına layiq olsun. Əgər belə güman edirsənsə, bil ki, bu haqda mühacir və ənsar sənin fikrini təsdiq etmirlər. "Osmanın qatillərini mənə təhvil ver" - deməyin çox yersiz bir sözdür. Osmanın sənə nə dəxli var?! Sən Bəni-Üməyyədənsən, bu iş (qisas almaq) üçün Osmanın övladları səndən irəlidə və səndən artıq haqlıdır. Əgər sən onların atalarının intiqamını almaqda güclü olduğunu təsəvvür edirsənsə, bizə itaət et, sonra onun qatillərindən şikayət et. Mən hamını düz yol getməyə vadar edirəm. Sənin Bəsrə, Şam, Təlhə, Zübeyr və özün haqqında yürütdüyün mühakimə əsassızdır və onların hamısında hökm birdir. Çünki o ümumi bir beyət idi, ona yenidən baxılmalı deyil və onun pozulmasına da ixtiyar verilməmişdir. Osmanın qətli barəsində məni təkidlə günahlandırmağın da düz söz deyil və bu barədə sənə bir xəbər çatmayıb. Mənim fəzilətimi, Peyğəmbərlə olan yaxınlığımı və Qüreyş arasında olan nüfuzumu qəbul etmisən. Canıma and olsun, əgər bacara bilsəydin onları da inkar edərdin!"40

Sonra öz nümayəndəsi olan Nəcaşiyə buyurdu ki, Müaviyənin məktubuna yüksək səviyyəli bir şerlə cavab versin və hər ikisini (məktub və şer) Müaviyəyə göndərsin.



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin