Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə)-IN YANINDA CƏRIRIN MÜQƏSSIR SAYILMASI



Yüklə 249,24 Kb.
səhifə19/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   15   16   17   18   19   20   21   22   ...   162

IMAM (ə)-IN YANINDA CƏRIRIN MÜQƏSSIR SAYILMASI


Bu qədər yubandıqdan sonra Cərir ümidsiz halda Imam (ə)-ın yanına qayıtdı. Malik Əştər Imam (ə)-ın hüzurunda onu sorğu-suala çəkdi. Onların arasında kəskin söhbətlər oldu. Bu söhbətlərin bəzilərini qeyd edirik.

Malik:–Ey Imam, əgər onun əvəzinə məni göndərsəydin, işi lazımınca yerinə yetirərdim. Bu kişi ümid qapılarını bizim üzümüzə bağladı. Keçmişdə Bəni-Üməyyə qəbiləsi Həmdana hakim seçməklə onun dinini aldılar. Onun yerin üzərində yol getməyə belə ləyaqəti yoxdur. Indi də Şamdan qayıdıb bizi onların gücü ilə qorxudur. Əgər icazə versəniz, onu və onun həmfikirlərini, məsələ tam aydınlaşana qədər həbs edim!

Cərir:–Kaş mənim yerimə sən gedib bir daha geri qayıtmayaydın, ya Əmr As, ya Zilkəla, ya da Hövşəb Zizülm səni öldürərdi, çünki onlar səni Osmanın qatillərindən hesab edirlər.

Malik Əştər:–Əgər mən getsəydim, onların qarşısında aciz qalmazdım. Mən Müaviyəni bir yola dəvət edər və ona fikirləşməyə belə macal verməzdim.

Cərir:–Hələ ki, yol açıqdır. Get!

Malik:–Iş-işdən keçəndən və hadisə Müaviyənin xeyrinə qurtarandan sonramı?!42

Malikin güclü məntiqi var idi və Cərir onun yerli tənqidləri qarşısında düzgün cavab tapa bilməzdi. Siyasətdə uduzmuş belə bir şəxsə layiq olan şey qəsdən, yaxud bilməyərəkdən etdiyi səhvinə etiraf edərək üzr istəməkdir. Lakin o, Malikin tənqidləri qarşısında müqavimət göstərdi, yavaş-yavaş Imam (ə)-dan uzaqlaşıb Fəratın sahilində yerləşən "Fərqisya" məntəqəsinə sığındı.

Əgər Cərir o vaxta qədər yaramaz bir iş görməmişdisə, onda onun təqsiri bağışlana bilərdi. Lakin onun sonrakı işi qanunsuz idi. Onun Əli (ə)-ı tərk edib uzaq bir məntəqədə yaşaması Imamın hökumətinə qarşı etiraz əlaməti idi. Bundan əlavə, Cəririn işdən uzaqlaşması nəticəsində qəbilə təəssübləri öz işini gördü: onun qəbiləsindən cəmisi 19 nəfər Imam (ə)-a qoşulub Siffeynə tərəf hərəkət etdi.43



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin