Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


MÜAVIYƏNIN ISLAMI ŞƏXSIYYƏTLƏRƏ YAZDIĞI MƏKTUBLAR



Yüklə 249,24 Kb.
səhifə20/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   16   17   18   19   20   21   22   23   ...   162

MÜAVIYƏNIN ISLAMI ŞƏXSIYYƏTLƏRƏ YAZDIĞI MƏKTUBLAR


Müaviyə Siffeynə doğru hərəkət etməmişdən qabaq Əmr Asa dedi:–Üç nəfərə məktub yazıb onları Əlinin əleyhinə qaldırmaq istəyirəm. Bu üç nəfər Əbdüllah ibni Ömər, Səd ibni Vəqqas və Məhəmməd ibni Məsləmədir."

Müaviyənin müşaviri onun fikrini bəyənmədi və dedi:–Bu üç nəfər ya Əlinin tərəfdarıdır, bu halda sənin məktubun onları Əlinin yolunda daha da möhkəmlədəcək; ya Osmanın tərəfdarıdır ki, belə olduqda onların möhkəmliyinə bir şey əlavə olunmayacaq və əgər bitərəf olsalar, sən onların nəzərində heç də Əlidən etimadlı deyilsən. Beləliklə sənin məktubun onlara heç bir təsir etməyəcək."44

Müaviyə onun sözlərini qəbul etmədi. Həm özünün, həm də Əmr Asın imzası ilə Əbdüllah ibni Ömərə belə bir məktub yazdı: "Həqiqətlər bizdən gizli olsa da, səndən heç vaxt gizli olmaz. Osmanı Əli öldürdü, dəlili də budur ki, onun qatillərinə aman vermişdir. Biz Quranın hökmü ilə Osmanın intiqamını almaq–qatillərdən qisas almaq istəyirik. Əgər Əli qatilləri bizə təhvil versə, ondan əl çəkib sonra xilafət məsələsini Ömər ibni Xəttab kimi şura şəklində müsəlmanların ixtiyarına verərik. Biz heç vaxt xilafəti istəməmişik və istəmirik də. Biz səndən istəyirik ki, ayağa qalxıb bu yolda bizə kömək edəsən. Əgər biz sizinlə müttəfiq olsaq Əli qorxub geri çəkiləcək."45


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin