MÜAVIYƏNIN MƏHƏMMƏD IBNI MƏSLƏMƏYƏ MƏKTUBU
Müaviyə bu məktubda onu "ənsarın süvari cəngavəri" adlandırmış və axırda belə yazmışdı: "Sənin tayfan olan ənsar Allaha itaətsizlik göstərərək Osmanı xar etmişdir. Allah qiyamət günü səndən və onlardan sual edəcəkdir."
Məhəmməd ibni Məsləmə cavabda Müaviyənin məktub yazmaqda məqsədini izah edir və deyir: "Sən dünyadan başqa bir şey istəmirsən və tamahdan başqa bir şeyə tabe deyilsən. Osmanın ölümündən sonra onu müdafiə edirsən, halbuki onun sağlığında onu xar etdin və ona kömək etmədin."50
Dostları ilə paylaş: |