Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə30/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   26   27   28   29   30   31   32   33   ...   162

ON DÖRDÜNCÜ FƏSİL

IMAM (ə)-IN ORDUSUNUN SIFFEYN MÜHARIBƏSINƏ HAZIRLIĞI

NÜXEYLƏ DÜŞƏRGƏSINDƏ IMAM (ə)-IN ORDUSUNUN ÖN CƏBHƏSININ TƏŞKIL OLUNMASI


Müaviyənin "vaxt öldürmə" siyasəti sona çatdı. O, tanınmış şəxsiyyətlərə məktub göndərməkdə istədiyi nəticəni əldə edə bildi. Bu müddət ərzində hərbi qüdrətini artırdı və ətraf məntəqələrə casuslar göndərdi ki, Imam (ə)-ın təyin etdiyi valilərin bəzilərini aldadıb, o həzrətin ordu başçıları və sərkərdələri arasında ixtilaf və fikir ayrılığı yaratsın.

Peyğəmbər (s)-in özündən sonra Əli (ə)-ı aşkar şəkildə xəlifəliyə təyin etdiyinə baxmayaraq, Imam (ə) 35-ci hicri ilinin Zilhəccə ayının 25-də zahiri xilafətə çatdı.56

Mühacir və ənsarın hamısı onunla müsəlmanların rəhbəri ünvanı ilə beyət etdilər. O, öz xilafətinin ilk günlərindən etibarən Səbrə Cəhmi adlı bir qasid göndərməklə Müaviyəni mərkəzi hökumətə itaət etməyə dəvət etdi. Lakin ondan xudpəsəndlik, özbaşınalıq, hədə-qorxu gəlməkdən başqa bir əksül-əməl görmədi.

Imam (ə) Əbu Müslüm Xovlaninin vasitəsi ilə Müaviyənin məktubuna cavab verdikdən sonra, tam qətiyyətlə işə girişərək bu xəbis şəcərənin kökünü kəsməli idi. Bu məqsədlə 36-cı ilin şəvval ayının əvvəllərində oraya ordu göndərməyi qərara aldı. Əvvəlcə mühacir və ənsarı dəvət etdi və Quranın "işlərində onlarla məşvərət et" ayəsinin hökmünə görə onunla birlikdə Mədinədən köçüb, ondan ayrılmayan mühacir və ənsarın böyüklərinə belə buyurdu:–Siz bizim cəmiyyətimizdə mübarək rəyə malik olanlar, səbir edənlər, haqq söyləyənlər, düz əməl sahiblərisiniz. Biz həm sizin, həm də bizim düşmənlərimiz olan adamlara tərəf hərəkət etmək istəyirik. Bu barədə öz fikirlərinizi deyin.57

Mühacirlərdən Haşim ibni Ütbə ayağa durub dedi:–Ey Əmirəl-möminin! Biz Əbu Süfyan övladlarını çox yaxşı tanıyırıq. Onlar sənin və sənin şiələrinin düşmənləri, dünyapərəstlərin dostlarıdır. Dünya malı və əldə etdikləri qüdrətə görə səninlə vuruşur və bu yolda heç nəyi əsirgəmirlər. Onların bundan başqa məqsədləri yoxdur. Sadəlövh adamları aldatmaq üçün Osmanın intiqamını bəhanə etmişlər, amma yalan deyirlər. Onlar Osmanın intiqamını almaq üçün deyil, dünyəvi məqsədlərə çatmaq üçün çalışırlar. Bizi onlara tərəf göndər. Əgər onlar haqqı qəbul etsələr, lap yaxşı; amma əgər qəbul etməyib, təfriqə və müharibə yolunu seçsələr, onlarla vuruşaq. Mənim fikrimcə elə belə də olacaqdır.

Sonra mühacirdən olan Əmmar58 ayağa qalxıb dedi:–Ey Əmirəl-möminin! Hətta bir gün belə yubanmadan fasid və yaramaz adamların müharibəni başlamalarından və haqdan ayrılıb müqavimət göstərmək qərarına gəlmələrindən əvvəl bizi döyüşə göndər, bizim vasitəmizlə onları səadətləri olan şeylərə dəvət et. Əgər qəbul etsələr, lap yaxşı. Amma əgər müqavimət göstərsələr, onlarla vuruşarıq. Allaha and olsun, onlarla cihad etmək Allah dərgahına yaxınlıq və Onun tərəfindən rəhmət səbəbidir.

Sonra isə ənsarın böyük və nüfuzlu şəxsiyyətləri öz fikirlərini bildirdilər. Qeys ibni Səd ayağa durub dedi: Bizi dayanmadan düşmənə sarı göndər! Allaha and olsun, bizim üçün onlarla cihad etmək Roma imperiyası ilə cihad etməkdən daha xoşdur. Çünki, onlar öz dinlərində hiyləgərlik etmişlər, indi də Allah övliyalarını (mühacir və ənsarı) və yaxşılıq ardınca gedənləri zəlil və xar hesab edirlər. Onlar bizim mal-dövlətimizi özlərinə halal, özümüzü isə qul hesab edirlər.

Qeysin sözü sona çatdıqda Xüzeymə ibni Sabit və Əbu Əyyub Ənsari onun öz fikrini hamıdan əvvəl bildirməsini irad tutub dedilər: Yaxşı olardı ki, bir az səbir edərdin, böyüklər danışardılar.

Sonra ənsarın böyüklərinə dedilər: Ayağa qalxıb Imam (ə)-ın irəli sürdüyü məsələ barəsində nəzərinizi bildirin.

Ənsarın görkəmli şəxsiyyətlərindən olan Səhl ibni Hənif ayağa durub dedi: Ey Əmirəl-möminin, biz sənin dostun, dostlarının dostu, düşmənlərinin düşməniyik. Bizim fikrimiz elə sənin fikrindir. Biz sənin sağ əlinik. Amma gərək bu məsələni Kufə əhalisinə də təklif edib onları cihada çağırasan və onları əldə edəcəkləri səadətdən agah edəsən, çünki onlar bu yerin sakinləridir. Əgər onlar sənin çağırışına müsbət cavab versələr, sənin məqsədin əməli olaraq həyata keçər. Bizim səninlə heç bir fikir ayrılığımız yoxdur. Nə vaxt çağırsan cavab verərik, nə vaxt əmr etsən yerinə yetirərik.59

Səhlin sözləri onun dərrakəli bir adam olduğunu göstərirdi. Çünki, Imam (ə)-ın ətrafında mühacir və ənsardan olanlar islam ümmətinin özəyi hesab olunurdular, onların bu işə tərəfdar olmaları camaatın hərəkət etməsində gözəl təsir qoyacaqdı. Eyni halda Imam (ə)-ın ordusunun əksəriyyətini aralarında qəbilə başçıları olan iraqlılar təşkil etdiyindən onların vəfadarlıqları olmadan yüz min nəfərlik bir ordu yaratmaq mümkün deyildi. Amma Imam (ə) əvvəlcə mühacir və ənsarla ona görə məşvərət etmişdi ki, o həzrətin hökumətinin bünövrəsini qoyanlar məhz onlar sayılırdı və bütün müsəlmanların diqqət mərkəzində idilər. Onların nəzərlərini cəlb etmədən iraqlıları da cəlb etmək mümkün olmayacaqdı.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin