Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə31/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   27   28   29   30   31   32   33   34   ...   162

IMAM (ə)-IN NITQI


Imam (ə) Səhlin irəli sürdüyü təklifdən sonra xüsusi müşavirəni böyük bir iclasa döndərdi, camaatın əksəriyyətinin iştirak etdiyi həmin iclasda minbərə çıxdı və uca səslə buyurdu:–Allah düşmənlərinə tərəf hərəkət edin! Quran və sünnə düşmənlərinə tərəf, "Əhzab"ın tör-töküntülərinə, mühacir və ənsarın qatillərinə tərəf hərəkət edin!

Bəni-Fəzar qəbiləsindən Ərbəd adlı bir nəfər ayağa qalxıb dedi:–Bizi öz din qardaşlarımızla döyüşmək üçün Şama göndərmək istəyirsən? Elə bundan qabaq bizi Bəsrəyə göndərdin və bəsrəli qardaşlarımızla vuruşduq. Allaha and olsun, bu dəfə belə bir işə girişməyəcəyik!

Bu vaxt Malik Əştər ayağa qalxıb dedi:–Bu kimdir?

Söz onun ağzından çıxan kimi hamının baxışları o kişiyə dikildi. O, camaatın hücum etməsindən qorxub qaçmağa başladı və bazarda gizləndi. Qəzəblənmiş camaat onu təqib etməyə başladı. Onu tapıb ölənə qədər döydülər. Onun ölüm xəbəri Əli (ə)-a çatanda çox narahat oldu, çünki, onun cəzası faciəli şəkildə öldürülmək deyildi. Islamın ədalət qanunları onun qatilinin tapılmasını tələb edirdi. Nəhayət məlum oldu ki, onu "Həmdan" qəbiləsinin adamları ilə bir dəstə başqa adam öldürmüşdür, müəyyən bir şəxs onun qatili deyil. Imam (ə) buyurdu: "Bu "kor" qətldir və qatili məlum deyildir. Onun diyəsi beytül-maldan verilməlidir."60



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin