Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə32/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   28   29   30   31   32   33   34   35   ...   162

MALIK ƏŞTƏRIN ÇIXIŞI


Bu gözlənilməz hadisə Imam (ə)-ı bərk narahat etdi. Onun qan bahasının ödənilməsinə dair göstəriş verməsinə baxmayaraq, narahatçılıq izləri yenə də onun üzündə görünürdü. Buna görə də Imam (ə)-ın səmimi dostu Malik Əştər ayağa qalxıb Allaha həmd-səna etdi və dedi: "Bu bədbəxt və xainin dediyi sözlər səni məyus etməsin. Gördüyün bu böyük dəstə sənin yolunu gedənlərdir. Onlar səndən başqa heç nə istəmirlər. Əgər bizi düşmənə tərəf göndərmək istəyirsənsə, göndər. Allaha and olsun, hər kəs ölümdən qorxsa, ondan nicat tapmaz. Heç kəs, əcəli çatmamış ölməz. Allahın, Quranın, sünnənin düşmənləri və ənsarla mühacirin qatilləri adlandırdığın adamlarla necə vuruşmaya bilərik?! Halbuki onların bir dəstəsi dünən (Bəsrədə baş verən hadisəyə işarədir) müsəlmanlara qarşı çıxaraq, Allahı qəzəbləndirmişlər. Yer üzü onların yaramaz əməlləri ilə zülmətə dönmüşdür. Onlar axirətdə onlara nəsib olacaq şeyləri bu dünyanın cüzi mal-dövlətinə sataraq əldən vermişlər.

Imam (ə) Malikin sözlərini dinlədikdən sonra üzünü camaata tutub buyurdu:–Bu yol ümumi bir yoldur, haqqın qarşısında hamı bərabərdir. Hər kəs cəmiyyət üçün öz rəyi əsasında müəyyən bir xeyirxahlıq etsə, Allah onun əvəzini onun niyyətinə uyğun olaraq verəcəkdir. Fəzari qəbiləsindən olan kişinin gördüyü iş keçib getdi.61

Bu sözü dedikdən sonra minbərdən düşüb evə getdi.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin