Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə)-IN ORDUSUNDA MÜAVIYƏNIN NÜFUZ ETMIŞ CASUSLARI



Yüklə 249,24 Kb.
səhifə33/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   29   30   31   32   33   34   35   36   ...   162

IMAM (ə)-IN ORDUSUNDA MÜAVIYƏNIN NÜFUZ ETMIŞ CASUSLARI


Hərbi hissələrə casuslar göndərib nüfuz etmək, ordu sərkərdələrini və tanınmış şəxsiyyətləri ələ almaq qüdrətli dövlətlərin öz müxalifləri əleyhinə seçdikləri qədim üsullardan biridir. Müaviyə bu məkrli siyasətdə öz dövründə misilsiz idi. Bəzilərinin nəzərində siyasət hər hansı yolla–istər qanuni olsun, istərsə də qeyri-qanuni–məqsədə çatmaqdır. Onların məntiqində məqsəd və hədəfə çatmaq vasitəni doğruldur. Müaviyənin zahiri mövqeyini Əli (ə)-dan üstün sayan sadəlövh adamlar Imam (ə)-ı siyasət qanunlarını bilməməklə təqsirləndirib ki, siyasi işlərdə Müaviyənin Əlidən daha bacarıqlı və qabiliyyətli olmasını deyirdilər. Buna görə də Imam (ə) islamın düzgün siyasət üsullarından xəbərsiz olan bu kimi şəxsləri tənqid edərək buyurdu:–"Allaha and olsun, Müaviyə heç də məndən siyasətcil deyildir. Lakin o hiylə işlədib günah edir. Əgər hiyləgərliyin pisliyi olmasaydı, onda mən hamıdan siyasətcil olardım. Lakin hər bir hiylə bir növ günahdır, hər bir günah bir növ küfrdür. Qiyamət günü hər bir hiyləgərin xüsusi bir bayrağı vardır ki, onunla tanınacaq."62

Sözümüz dəlil-sübutsuz olmasın deyə, Müaviyənin Imam (ə)-ın ordusuna casus göndərməkdə seçdiyi üsullardan bir nümunəni qeyd edirik: Imam (ə)-ın Müaviyə ilə müharibə etməyə dair minbərdəki çıxışının yaratdığı əks-səda və həyəcan vəsfedilməz dərəcədə idi. Belə ki, Müaviyənin casusu Ərbəd Imam (ə)-a etiraz etdiyinə görə qəzəblənmiş camaatın zərbələri altında elə əzişdirilib öldürüldü ki, qatilinin kim olduğu belə məlum olmadı.63

Bu mənzərəni müşahidə edən digər casuslar öz hesablarını apardılar və Əli (ə)-ın qərarını pozmaq üçün başqa bir yol seçdilər. Onlar, bəlkə Imam (ə)-ı müharibənin acınacaqlı aqibətindən və müharibənin kimin xeyrinə qurtaracağından xəbərdar edərək qorxuda biləcəklərini təsəvvür edirdilər. Buna görə də Əbəs qəbiləsindən Əbdüllah, Təmim qəbiləsindən isə Hənzələ adlı iki casus Imam (ə)-ın dostları arasında fikir ayrılığı salmaq və təfriqə yaratmaq üçün "nəsihət və xeyirxahlıq" pərdəsi altında işlərini davam etdirmək qərarına gəldilər, hər biri öz qəbiləsindən bir dəstəni özləri ilə həmrəy edib Imam (ə)-ın yanına getdilər. Əvvəlcə Hənzələ ayağa qalxıb dedi: "Biz tam xeyirxahlıq niyyəti ilə gəlmişik. Bizim sözümüzü qəbul edəcəyinə ümidvarıq. Sizin barənizdəki fikrimiz budur ki, bu kişi (Müaviyə) ilə barışıq yaratmağa çalışasınız və onlarla vuruşmaq üçün tələsməyəsiniz. Allaha and olsun, bu qoşunlar qarşılaşanda hansının qələbə çalacağını, hansının isə məğlub olacağını heç kim bilmir.

Sonra Əbdüllah ayağa qalxıb Hənzələnin dediyi sözləri təkrar elədi, onlarla birlikdə gələnlər də onların sözlərini təsdiq etdilər. Imam (ə) Allaha həmd-səna etdikdən sonra buyurdu:–Allah-Taala bəndələrin varisi, yeddi qat yerləri və göyləri yaradandır. Hamımız Ona tərəf qayıdacağıq. O, rəhbərliyi hər kəsə istəsə, verər və hər kəsdən də istəsə, alar. Hər kəsi istəsə əzizləyər, hər kəsi də istəsə zəlil edər. Düşmənə arxa çevirmək, zahirdə qalib, yaxud məğlub olsalar belə azğınların və günahkarların işidir. Allaha and olsun, mən elə adamların sözlərini eşidərəm ki, onlar heç vaxt yaxşılığı (mərufu) tanımaq, pisliyi (münkəri) inkar etmək istəməmişlər.64

Imam (ə) bu sözlərlə özlərini camaat arasında gizlədən və düşmənlərin tərəfindən danışan bu iki casusun mənfur niyyətini ifşa edərək, aşkar şəkildə buyurdu ki, Müaviyə ilə müharibə aparmaq əmr be məruf və nəhy əz münkərin bir qismidir, heç bir müsəlman onun vacib və zəruri olduğunu inkar edə bilməz, eləcə də Müaviyə ilə müharibə etməyin qarşısını almaq istəyənlər əməli olaraq islamın bu iki həyati prinsipini ayaq altına salırlar.


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin