Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə34/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   30   31   32   33   34   35   36   37   ...   162

HƏQIQƏTLƏR AŞKAR OLUR


Əmirəl-möminin Əli (ə)-ın sözləri ilə həqiqət aşkar oldu, o iki nəfərin bəd niyyətləri həmin məclisdə ifşa olundu. Müəqqəl Riyahi ayağa qalxıb dedi: Bunlar xeyirxahlıq məqsədləri ilə deyil, səni aldatmaq üçün bura gəlmişlər. Onlardan uzaq ol, çünki onlar sənin ən qatı düşmənlərindir.

Malik adlı başqa birisi ayağa qalxıb dedi: Hənzələnin Müaviyə ilə əlaqəsi var. Icazə ver müharibə qurtarana kimi onları həbs edək.

Əbəs qəbiləsindən olan Əyyaş və Qaid ayağa qalxıb dedilər: Çatan xəbərlərə görə Əbdüllah Müaviyə ilə sirdaşdır və onların arasında gizli məktublaşma gedir. Ya siz onu müharibə qurtarana kimi həbs edin, ya da icazə verin, biz həbs edək.

Bu dörd nəfərin ifşaçılıqlarından sonra casuslar əl-ayağa düşüb dedilər: Sizə kömək etmək, özünüzün və düşmənlərinizin barəsindəki fikirlərini demək istəyənlərin mükafatı elə budurmu?

Imam (ə) onlara belə cavab verdi: Allah mənimlə sizin aranızda hakimdir, mən sizi Ona tapşırıram, Ondan da kömək istəyirəm. Hər kəs istəsə gedə bilər.

Bundan sonra camaat dağılışdı. Çox keçmədən Hənzələ ilə Təmim qəbiləsi arasında dava-dalaş düşdü. Hər iki casus Iraqdan Şama qaçıb Müaviyəyə qoşuldular. Hənzələnin etdiyi xəyanətə görə Imam (ə) əmr etdi ki, onun evini viran etsinlər ki, başqaları üçün ibrət dərsi olsun.65



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin