Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


QƏZƏBLƏNƏNDƏ SƏBIRLI OLMAQ



Yüklə 249,24 Kb.
səhifə36/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   32   33   34   35   36   37   38   39   ...   162

QƏZƏBLƏNƏNDƏ SƏBIRLI OLMAQ


Bu zaman Imam (ə)-a xəbər çatdı ki, böyük səhabə Əmr ibni Həmiq və Hücr ibni Ədi Şam əhalisini lənətləmiş, onlara qarşı bizarlıq elan etmişlər. Imam (ə) bir nəfərə göstəriş verdi ki, onları bu işdən çəkindirsin. Onlar bu xəbərdarlığı eşitdikdə Imam (ə)-ın hüzuruna gəlib dedilər:–Nə üçün bu işi görməyə icazə vermirsən? Məgər onlar batil əhli deyildirmi?!

Imam (ə) buyurdu:–Elədir, amma sizin lənət yağdıran və söyüş söyən olmağınızı istəmirəm, söyüş söyməyin və bezarlıq elan etməyin. Əgər bu işin yerinə onların pis əməllərini açıb desəniz, daha təsirli və daha yaxşı olar. Lənətləmək və bezarlıq elan etmək yerinə onlara dua edib belə deyin: "Ilahi, bizim də, onların da qanını qoru, bizimlə onların arasında sülh bərqərar et. Onları bu zəlalətdən düz yola hidayət et ki, bizim haqqımızı tanımayanlar haqqımızı tanısın." Belə desəniz, mənim üçün daha xoş, sizin üçün daha yaxşı olacaq.67

Onlar Imam (ə)-ın nəsihətini qəbul etdilər. Əmr ibni Həmiq Imam (ə)-a qarşı olan məhəbbətinin səbəbini belə izah etdi: Mən səninlə qohum olduğuma görə, yaxud mal-dövlətə və vəzifəyə olan tamah üzündən beyət etməmişəm. Mən sənə ona görə beyət etişəm ki, səndə beş gözəl sifət vardır və bunlar sənin məhəbbətini mənim qəlbimə salmışdır: Sən Peyğəmbərin əmioğlusu, ona iman gətirən ilk şəxs, bu ümmətin ən fəzilətli qadınının əri, Allah Rəsulunun sülaləsinin atasısan və cihadda mühacirlər içərisində ən böyük pay səninkidir. Allaha and olsun, əgər nə vaxtsa sənin dostlarına kömək, düşmənlərini məhv etmək üçün uca dağları yerindən qoparmaq, tufanlı dənizlərin suyunu çəkib kənara tökmək mənə əmr olunsa və mən bu işləri görsəm, yenə də sənin mənim üzərimdə olan haqqını əda edə bilmərəm.

Əmirəl-möminin Əli (ə) onun ixlas və sədaqətini gördükdə onun barəsində belə dua etdi: "Ilahi, onun qəlbini nurla doldur, onu düz yola hidayət et; kaş mənim qoşunumda sənin kimi yüz nəfər olaydı."68



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin