QOŞUNUN RUHIYYƏSININ GÜCLƏNDIRILMƏSI
Imam (ə)-ın hərbi qüvvə cəhətindən nigarançılığı yox idi. Çünki, islami məntəqələrin böyük bir hissəsi onun ixtiyarında idi. Amma bununla eyni zamanda casuslar və sadəlövh adamlar məyusluq, nigarançılıq yaratmaqla əsgərlərin ruhiyyəsini sarsıtmaq istəyirdilər. Buna görə də əvvəlcə Imam (ə), onun oğlu həzrət Muctəba (ə) və Hüseyn (ə) Nüxeylə düşərgəsindən hərəkət edən bir vaxta qədər ordu arasında çıxış edir, əsgərlərin ruhiyyələrini gücləndirdilər.
Bəzən də Haşim ibni Ütbə ibni Vəqqas (Səd Vəqqasın qardaşıoğlu) kimi tanınmış və şəhadət arzusunda olan şəxslər camaatın toplaşdığı ümumi yerlərdə nitq söyləyib israr edirdilər ki, Imam (ə) tez bir zamanda onları Qurana və onların hökmlərinə arxa çevirən, Allahın haramını halal, halalını haram edənlərlə müharibəyə göndərsin. O, elə hərarətlə və ürək yanğısı ilə danışdı ki, Imam (ə) ona dua edib buyurdu: "Ilahi, şəhadəti ona ruzi et və onu Öz Peyğəmbərinlə müsahib et."70
Haşim Imam (ə)-ın Siffeyndə bayraqdarı idi. O, müharibənin axır günlərində yüksək şəhadət məqamına nail oldu.
Dostları ilə paylaş: |