IMAM (ə) KƏRBƏLA ÇÖLÜNDƏN KEÇIR
Imam (ə) Kufə-Siffeyn yolu üstündə Kərbəla çölündən keçdi. Hərsəmə ibni Səlim belə nəql edir: "Imam (ə) Kərbəla çölündə atdan yerə endi, bizimlə namaz qıldı. Namazdan sonra oranın torpağından bir az götürüb iylədi və dedi: "Xoş sənin halına, ey Kərbəla torpağı! Bir dəstə insan səndən dirilib qalxacaq və sonsuz behiştə daxil olacaqlar." Sonra əli ilə o tərəfə bu tərəfə işarə edib dedi: "Burada və orada..."
Səid ibni Vəhəb soruşdu:–Məqsədiniz nədir?
Buyurdu:–Çox əziz bir ailə buraya gələcəkdir. Vay olsun sizə onlar barəsində!
Səid dedi:–Məqsədiniz nədir?
Dedi:–Onlar barəsində vay olsun sizə ki, onları öldürəcəksiniz və onları öldürdüyünüzə görə də cəhənnəmə gedəcəksiniz.83
Həsən öz atasından nəql edir ki, Imam (ə) Kərbəla çölündə dayanıb buyurdu: "Bura qəm və bəla çölüdür." Sonra əli ilə bir yeri göstərib dedi: "Bura onların yüklərini yığdıqları yer və atlarının yataq yeridir." Sonra başqa bir yerə işarə edib dedi: "Bura onların qətlgahıdır."
Hərsəmə (ilk rəvayətçi) deyir: "Siffeyn müharibəsi sona çatdı, mən öz vətənimə qayıtdım. Imam (ə)-ın Kərbəla çölündə verdiyi xəbəri arvadıma dedim. (O, Imam (ə)-ın şiəsi idi.) Ondan soruşdum: "Imam qeyb xəbərlərini haradan bilir?" O dedi: "Imam (ə) haqdan başqa bir şey deməz!"
Dövran keçdi, Übeydullah ibni Ziyad böyük bir qoşunla Hüseynlə vuruşmaq üçün hərəkət etdi. Mən də onun qoşununda idim. Kərbəlaya çatanda Imamın sözləri yadıma düşdü və bu hadisədən çox narahat oldum. Atımı Hüseynin xeymələrinə tərəf çapdım və onun hüzuruna gəlib hadisəni ona dedim. Hüseyn (ə) buyurdu: "... Bizimləsən, yoxsa bizim əleyhimizə?" Dedim: "Heç birindən. Mən öz ailəmi Kufədə qoymuşam, ibni Ziyaddan da qorxuram." Buyurdu: "Elə isə tez ol bu çölü tərk et! Mühəmməd (s)-in canı əlində olan Allaha and olsun, hər kəs bizim kömək dilədiyimiz fəryadlarımızı eşidib kömək etməsə, Allah onu cəhənnəmə atacaq." Buna görə də dərhal oranı tərk etdim ki, şəhadət gününü görməyəm."84
Dostları ilə paylaş: |