Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə) SABAT VƏ MƏDAINDƏ



Yüklə 249,24 Kb.
səhifə44/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   40   41   42   43   44   45   46   47   ...   162

IMAM (ə) SABAT VƏ MƏDAINDƏ


Imam (ə) Kərbəladan Sabata yola düşdü, yol üstündə Bəhr-Seyr şəhərinə çatdı. Orada Kəsradan heç bir əsər-əlamət qalmamışdı. Bu vaxt Hürr ibni Səhm, Əbu Cəfərin şerini oxudu:

"Xəzan yeli onların vətəninə əsdi,

Sanki öz vədəgahlarında qərar tutmuşlar."85

Imam (ə) buyurdu: Nə üçün bu ayələri tilavət etmirsən:



"Onlar nə qədər bağları, çeşmələri, əkin sahələrini, bəhrələndikləri vəzifə və nemətləri tərk edib getdilər, beləliklə də başqalarını onların varisləri etdik. Nə səma onlara göz yaşı axıtdı, nə də ki, yer; onlara möhlət də verilmədi."

Sonra Imam (ə) buyurdu: Ikincilər də varis idilər, lakin onlar da getdilər və başqaları onların varisləri oldular. Bunlar da əgər nemətlərin şükrünü yerinə yetirməsələr, buyurulana əməl etmədiklərinə görə ilahi nemətlər onlardan da alınacaqdır. Küfrani-nemətdən (naşükürlükdən) uzaq olun ki, bədbəxtlik sizi tutmasın.

Sonra göstəriş verdi ki, ordu uca bir yerdə düşərgə salsın. (Imamın düşərgə saldığı yer Mədainə yaxın idi.) Imam (ə) Haris Əvərə buyurdu ki, şəhərdə car çəkib belə desin: "Hər kəsin döyüşmək qüdrəti varsa, əsr namazı vaxtı Əmirəl-mömininin hüzuruna gəlsin." Əsr namazının vaxtı çatanda oranın cəngavərlərindən bir dəstəsi Imam (ə)-ın hüzuruna gəldi. Imam Allaha həmd-səna edəndən sonra onlara dedi: Mən sizin cihadda iştirak etməkdən boyun qaçırmağınızdan, yerli camaatdan ayrılıb, sitəmkar və məhv olmuş bir camaatla birgə yaşamağınızdan heyrətlənirəm. Nə insanları yaxşılıqlara dəvət edirsiniz, nə də pisliklərdən çəkindirirsiniz.86

Onlar dedilər: Biz sizin əmrinizi gözləyirik. Nə istəyirsən əmr et.

Imam (ə) Ədi ibni Hatəmə göstəriş verdi ki, orada qalsın və onlarla birlikdə Siffeynə tərəf hərəkət etsin. Ədi orada üç gün qaldıqdan sonra üç yüz nəfərlə birlikdə Mədaindən çıxdı, öz oğlu Yəzidə də dedi ki, orada qalsın və ikinci dəstə ilə birlikdə Imam (ə)-a tərəf hərəkət etsin. Yəzid də dörd yüz nəfərlə birlikdə gəlib Imam (ə)-a çatdı.87


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin