IMAM (ə) ŞAMDA
Imam (ə) Fərat çayını keçərək Iraqı arxada qoydu və Şam vilayətinə daxil oldu. Müaviyənin ehtimal verilən yürüşü və şeytani hərəkəti ilə qarşılaşmaq üçün cəsur sərkərdələrdən ikisini ordunun önündə Müaviyənin qoşununa tərəf göndərdi. Onlar "Sovrur-rum" adlı bir yerdə Müaviyənin qoşununun ön hissəsi ilə qarşılaşdılar (onların sərkərdəsi Əbül-Əvəridi) və düşmən qoşununun sərkərdəsini dinc yolla Imam (ə)-a tabe etməyə çalışdılar. Amma onların göstərdiyi səylərinin heç bir faydası olmadı. Imam (ə)-ın sərkərdələri təcili olaraq Haris ibni Cəmhan Cöfinin vasitəsilə Imam (ə)-a bir məktub göndərdi, baş verən hadisəni şərh etdikdən sonra o həzrətin bu barədə əmr verməsini istədi.93
Imam (ə) məktubu aldıqdan sonra dərhal Maliki çağırıb dedi: "Ziyad və Şüreyh belə bir məktub yazıblar. Özünü təcili olaraq onlara çatdır və hər iki dəstəyə başçılığı öhdənə al, lakin düşmənlə qarşılaşıb sözlərini dinlə və onlar müharibəyə başlamamış sən müharibəyə başlama. Düşmənə qarşı nifrət və qəzəbin döyüşü əvvəlcə başlamağına səbəb olmasın. Onların sözlərini təkrar-təkrar dinlə və höccəti onlara tamam et. (Sonra vuruşa başla.) Sonra belə fərman verdi: Ziyadı sağ cinaha, Şüreyhi sol cinaha sərkərdə təyin et, özün isə ordunun mərkəzində dayan. Düşmənə nə çox yaxınlaş ki, müharibəni qızışdırmağını təsəvvür etsinlər, nə də çox uzaqlaş ki, onlardan qorxduğunu güman etsinlər. Mən sənə çatana kimi bu qaydada orada ol."
Sonra Imam (ə) məktuba cavab yazdı və Malik Əştəri belə vəsf etdi: "Hər iki qoşun başçısı bilməlidir ki, mən Malikə tam səlahiyyət verdim. Onun sözünə qulaq asın, əmrinə itaət edin. Çünki o, ağlının azlığından və yol azmağından qorxan adamlar kimi deyil, tələsmək lazım olanda süstlük etmir. Sizə əmr etdiyim şeyi ona da əmr etmişəm: düşməni haqqa dəvət etməmiş, höccəti tamamlamamış onlarla vuruşa başlamasın."
Malik sürətlə öndəki qoşun bölgələrinin qarşılaşdığı yerə gəlib ordunu nizama saldı. Sonra yalnız ordunu müdafiə edirdi. Hər vaxt şam ordusunun sərkərdəsi Əbül-Əvərin tərəfindən hücum olunsaydı, onu dəf edirdi.
Malik hətta düşmən sərkərdəsinin vasitəsi ilə Müaviyəyə xəbər göndərdi və dedi ki, əgər müharibə istəyirsə, onda özü şəxsən meydana daxil olub onlarla birlikdə vuruşsun, başqalarının qanının axıdılmasına bais olmasın. Lakin Müaviyə bu təklifi heç bir vəchlə qəbul etmirdi. Nəhayət, Müaviyənin ordusu bir gecə yarısı Fəratın bir qolunun sahilində olan geniş bir ərazidə düşərgə saldı və suyu Imam (ə)-ın qoşunun üzünə bağladı.94
Dostları ilə paylaş: |