1. Müaviyə Şamı "peyğəmbərlər diyarı", oranın əhalisini isə "peyğəmbərlərin nümayəndələrinin köməkçiləri", "Allah dininin və şəriətinin müdafiəçiləri" adlandırdı ki, bu yolla həm özünü ilahi dinin müdafiəçisi kimi qələmə versin, həm də camaatın fikir və duyğularını təhrik edərək hamını qanlı bir müharibə ilə üzləşdirsin.
2. Öldürülən xəlifəni "məzlum" bir şəxs kimi tanıtdırıb dedi ki, onun qanı zülmkarların əli ilə axıdılmışdır. Halbuki onun qanı Peyğəmbər (s)-in səhabələrinin və tabeinlərin əli ilə axıdılmışdı və onların əqidəsinə görə səhabələr və tabeinlər haqq yolunun ardıcılları və ədalətli şəxslərdir.
3. Osmanın məzlumcasına öldürülməsini və onun qəyyumunun qatillər barəsində qərara gəlməli olmasını fərz etsək belə, "qan qəyyumu" dedikdə məqsəd öldürülənin mal-dövlətdə varisidir. Belə bir sual yaranır ki, görəsən Müaviyə Osmanın mal-dövlətdə varisi idimi, yoxsa öldürülənə daha yaxın bir varisin olması ilə belə, artıq onun qəyyumluğuna yer qalmır? Osman Əffanın oğlu, o da Əbil-Asın, o da Üməyyənin oğlu idi, Müaviyə də Əbu Süfyanın, o da Hərbin, o da Üməyyənin oğlu idi, onların hamısı Üməyyədə bir-birinə çatırdılar, lakin öldürülənin daha yaxın qəyyumları olduğu halda belə bir uzaq qohumluq Müaviyənin özünü Osmanın qan qəyyumu kimi tanıtdırmasına kifayət idimi?!10
Əmirəl-möminin (ə) Müaviyəyə bir məktubda belə yazır: "Sən Üməyyə övladlarından olan bir adamsan və Osmanın övladları öz atalarının intiqamını almaqda səndən daha irəli və səlahiyyətlidirlər."
Bu kimi məsələlərə cavab verilməsi Müaviyənin mənfur niyyətini ifşa edir və göstərir ki, əsas məsələ Osmanın intiqamının almaq deyil, hakimiyyəti ələ keçirmək və mühacirlə ənsarın yekdilliklə beyət etdikləri imamı xilafətdən çıxarmaq idi. Ən qəribəsi isə bu idi ki, o, camaat arasında "rəy sorğusu" keçirməklə özünün də xəlifənin intiqamını almaq barədəki qəti rəyini aşkar və bu işə daha çox təkid etdi.
Tarixdə qeyd olunur ki, Müaviyənin oradakılardan müsbət cavab eşitməsinə baxmayaraq onun qəlbini qəm-qüssə bürümüşdü. O, dodaqaltı bir şer zümzümə edirdi ki, onun axırıncı beytinin tərcüməsi belədir:
Dostları ilə paylaş: |