FƏRATIN ÜSTÜNDƏKI SU BƏNDININ DAĞIDILMASI BARƏDƏ ŞAYIƏ
Fərat çayının qoluna tərəf gedən su yolu ələ keçirildikdən sonra hərbi vəziyyət Imam (ə)-ın qoşununun xeyrinə dəyişdi. Iraq və Şam qarilərinin Imam (ə)-ın hüzuruna gəldikləri vaxt o həzrətin aşkar, kəskin və məntiqi çıxışı nəticəsində şamlı qarilərin çoxu o həzrətin tərəfdarı oldu, bəziləri də bitərəf mövqe seçdilər. Müaviyə Imam (ə)-ın nüfuzunun genişlənməsindən qorxaraq müharibənin şəraitini öz xeyrinə dəyişmək üçün bir hiylə hazırladı. Imam (ə)-ın düşərgəsi Siffeyn çölünün çökək yerində, Müaviyənin düşərgəsi isə uca bir yerdə idi. Çölün bir yerində Fərat çayının qabağını kəsən bir bənd var idi. Birdən Imam (ə)-ın əsgərləri arasında belə bir şayiə yayıldı ki, Müaviyə bəndi dağıtmaq və suyun istiqamətini iraqlılara tərəf dövdərmək istəyir.
Hadisə belə baş vermişdi: Müaviyə məxfi şəkildə göstəriş verdi ki, Imam (ə)-ın əsgərlərinə tərəf bir ox atsınlar. Oxun üstünə bir kağız bağlamışdılar. Kağızın içində də belə yazılmışdı: "Allahın xeyirxah bir bəndəsi tərəfindən! Sizə xəbər verirəm ki, Müaviyə bəndi dağıdıb sizin hamınızı suda qərq etmək istəyir. Tez olun, bir çarə fikirləşin və ehtiyatı əldən verməyin!"
Bu kağız Imam (ə)-ın əsgərlərindən birinin əlinə keçdi, sonra əldən-ələ gəzdi. Beləliklə, bu şayiə bütün qoşun içərisində yayıldı. Çoxları bu xəbərin düzlüyünə inandılar. Bununla eyni zamanda Müaviyə iraqlıları aldatmaq üçün iki yüz nəfərin əlinə bel və külüng verib Fərata doğru göndərdi ki, oranı dağıtmaq niyyətində olduqlarını göstərsinlər. Imam (ə) Müaviyənin məkr və hiyləsindən agah idi, buna görə də qoşun başçılarına dedi:–Müaviyədə bəndi dağıtmaq qüdrəti yoxdur. O bu yolla sizi qorxutmaq istəyir ki, siz öz mövqeyinizi tərk edəsiniz, Fəratın qolunu yenidən öz əlinə keçirsin.
Sərkərdələr dedilər:–Yox, bu ciddi bir işdir! Onlar bəndin ətəyində bir neçə quyu qazmağa başlayıblar ki, suyu bizə tərəf axıtsınlar.
Imam (ə) buyurdu:–Ey Iraq camaatı, mənimlə müxalifət etməyin!
Sərkədələr dedilər:–Allaha and olsun, biz buranı tərk edirik! Əgər siz qalmaq istəyirsinizsə, qalın.
Bunu deyib hamılıqla oranı tərk etdilər və uca bir yerdə özlərinə mövqe seçdilər. Imam (ə) çarəsizlikdən oranı tərk edən axırıncı nəfər oldu. Amma bir azdan Imam (ə)-ın sözünün doğru olduğu aşkar oldu və Müaviyə sürətlə Imam (ə)-ın düşərgəsini işğal etdi. Iraqlı əsgərlər heyrət içində donub qaldılar.113
Dostları ilə paylaş: |