Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə64/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   60   61   62   63   64   65   66   67   ...   162

DÖYÜŞÇÜLƏRIN HƏRƏKƏTI


Səfər ayının birinci günü Imam (ə)-ın ordusundan Malik Əştər, Şam ordusundan isə Həbib ibni Məsləmə öz əsgərləri ilə birlikdə döyüş meydanına gəldilər, günün bir hissəsini vuruşdular. Hər iki tərəfdən ölənlər oldu. Sonra bir-birindən aralanıb öz düşərgələrinə qayıtdılar.

Ikinci gün Imam (ə)-ın tərəfindən Haşim ibni Ütbə başda olmaqla bir dəstə süvari və piyada, Şam ordusu tərəfdən də Əbül-Əvər Səlmi elə həmin qaydada meydana daxil oldular, süvarilər süvarilərlə, piyadalar da piyadalarla döyüşə başladılar. Üçüncü gün Imam (ə)-ın tərəfindən Əmmar, Müaviyə tərəfdən isə Əmr As öz qoşunu ilə meydana girdilər və onların arasında şiddətli döyüş baş verdi.

Əmmar Şam qoşununun qarşısında dayanıb uca səslə dedi:–Allahla, Peyğəmbərlə ədavət aparan, müsəlmanlara zülm edən, müşriklərə kömək edən bir adamı tanımaq istəyirsinizmi?! Allah Öz dinini aşkar edib Peyğəmbərinə kömək etmək istəyəndə belə bir şəxs dərhal rəğbət üzündən yox, qorxudan, özü də zahirdə islamı qəbul etdi. Peyğəmbər vəfat etdikdə o, müsəlmanların düşməni, günahkarların dostu oldu. Ey camaat, bilin və agah olun, dediyim bu şəxs elə Müaviyədir. Onu lənətləyin və onunla mübarizəyə qalxın. O, Allah nurunu söndürmək, Allah düşmənlərinə kömək etmək istəyir.

Bu vaxt bir nəfər Əmmara dedi ki, Rəsuli-Əkrəm (s) buyurub: "Camaatla, islamı qəbul etdikləri vaxta qədər vuruşun, islamı qəbul etdilərsə, onların qanı və mal-dövləti toxunulmazdır."

Əmmar onun sözünü təsdiq edib dedi:–Əməvi hizbi elə ilk gündən islamı qəbul etməmişdir; onlar islamı zahirdə qəbul etmiş, özlərinə dost-tanış tapana kimi küfrlərini məxfi saxlamışlar.127

Əmmar bu sözü deyib süvari qoşunun sərkərdəsinə şamlıların süvarilərinə hücum etmək əmrini verdi. Hücum əmri verildi, lakin şamlılar onların qarşısında müqavimət göstərirdilər. Sonra piyadaların sərkərdəsinə hücum əmri verdi. Imam (ə)-ın qoşunu ciddi bir yürüşlə düşmən qoşununu darmadağın etdi, Əmr As öz yerini dəyişdirməyə məcbur oldu. Əmr As Əmmarın işlətdiyi taktikaya keçdi. Əmmar əməvi hizbini və onun başçılarını kafir adlandırmaqla düşmənin səflərini həyəcana gətirmişdi. Bunun müqabilində Əmr As da nizənin ucuna qara bir parça bağlayıb yuxarı qaldırdı. Bu parçanı nə vaxtsa Peyğəmbər (s) ona vermişdi. Gözlər ona dikildi və söz-söhbət başlandı. Imam (ə) hər hansı bir fitnənin büruz etməsinin qarşısını almaq üçün dərhal məsələni öz dostlarına aydınlaşdırmağa başlayıb dedi: Bilirsinizmi ki, bu bayrağın sərgüzəşti nədir?! Bir gün Peyğəmbər (s) bu bayrağı çölə çıxatdı və üzünü islam qoşununa tutub dedi:–Kim onu, içindəki şeylərlə birlikdə götürə bilər?

Əmr As dedi:–"Onun içində nə var?" Peyğəmbər (s) buyurdu:–"Budur (onda belə yazılıb) ki, heç bir müsəlmanla vuruşmasın və heç bir kafirə yaxınlaşmasın." Əmr As onu bu şərtlə götürdü, amma Allaha and olsun ki, müşriklərə qoşulub və bu gün müsəlmanlarla vuruşur. Çərdəyi yaran və insanı yaradan Allaha and olsun, bunlar səmimi qəlbdən yox, üzdə iman gətirmişdilər, öz küfrlərini də gizlədirdilər. Küfrlərini aşkar etmək üçün dost tapdıqları zaman, öz ədavətlərini yenidən başladılar. Amma zahirdə namazı tərk etmədilər.

Dördüncü gün Imam (ə)-ın tərəfindən Məhəmməd Hənəfiyyə, Şam qoşunundan isə Übeydullah ibni Ömər bir dəstə ilə döyüşə girişdi. Şiddətli döyüş başlandı.128 Übeydullah Məhəmməd Hənəfiyyəyə xəbər göndərdi ki, gəl təkbətək vuruşaq. Məhəmməd irəli çıxmaq istədi, lakin Imam (ə) hadisədən xəbər tutduqda dərhal atını oğluna tərəf çapdı, əmr etdi ki, dayansın. Sonra öz atını Übeydullaha tərəf sürdü və dedi: Mən səninlə vuruşacağam. Gəl qabağa!

Übeydullah bu sözü eşidəndə bədəni lərzəyə düşdü və dedi:–Mən səninlə döyüşmək istəmirəm!

Sonra atını döndərib meydandan uzaqlaşdı. Bu vaxt hər iki tərəfin qoşunları bir-birindən aralanıb öz düşərgələrinə qayıtdılar.

38-ci ilin səfər ayının beşində bazar günü iraqlıların sərkərdəsi Ibni Abbas, şamlıların sərkərdəsi isə Vəlid ibni Ütbə olmaqla iki qoşun bölməsi döyüşə başladı. Ağır bir döyüşdən sonra günorta vaxtı döyüşü dayandırıb öz qərargahlarına qayıtdılar. Bu vaxt şamlıların sərkərdəsi Əbdül-Müttəlib övladlarını nalayiq sözlərlə söyməyə başladı. Ibni Abbas onu mübarizəyə çağırdı, lakin o qorxub meydanı tərk etdi.

Şam ordusunun döyüşçüləri islam tarixi və həqiqətlər barədə kar, kor və ümumiyyətlə xəbərsiz idilər. Əgər belə olmasaydı, Quranın aşkar şəkildə fasiq adlandırdığı bir adam onlara rəhbərlik etməzdi. Belə ki, Qurani-Kərim Vəlidin barəsində buyurur: "Əgər fasiq bir adam sizə bir xəbər gətirsə (sözünü dərhal qəbul etməyin və) onun barəsində axtarış aparın."129

Digər bir ayədə onun barəsində belə buyurulur: "Məgər mömin olan bir şəxs fasiq kimidirmi?! Heç vaxt bərabər deyildirlər."

Bu döyüşlərdə bir çoxları öldürülür, tərəflər heç bir müsbət nəticə əldə etmədən öz yerlərinə qayıdırdılar, lakin buna baxmayaraq Imam (ə)-ın, Əmmarın və Ibni Abbasın sözləri həqiqəti şamlılara aydınlaşdırırdı. Bu zaman Müaviyənin iddialarının əsassız olması müəyyən qədər sübuta yetdi. Buna görə də döyüşün beşinci günü Şimr ibni Əbrəhə Hümeyri bir dəstə Şam qarisi ilə birlikdə Əli (ə)-ın tərəfinə keçdi. Onların nura tərəf üz gətirmələri Müaviyənin qoşununu bürüyən zülməti göstərirdi.

Şamın üsyankar rəhbəri bu kimi hadisələrin yenidən təkrarlanacağından bərk qorxuya düşmüşdü. Bir gün Əmr As Müaviyəyə dedi:–Sən Məhəmmədlə yaxın qohum və islamda böyük nüfuza malik olan bir adamla vuruşmaq istəyirsən. O fəzilətdə, mənəviyyətdə, müharibə fəndlərini bilməkdə misilsiz bir adamdır. O, səninlə müharibədə Məhəmmədin azsaylı dostları, qəhrəmanlar, qarilər və ən şərafətli adamlarla birlikdə səninlə müharibəyə gəlmişdir. Müsəlmanlar onlara xüsusi əzəmət gözü ilə baxırlar. Gərək şamlıları ən çətin şəraitdə qoyasan və müharibənin uzanması onlarda ruhi yorğunluq yaratmamış onları tamahlandırasan. Sən hər şeyi unudursan, amma bunu unutma ki, sən batil yoldasan.

Müaviyə onun sözlərindən başa düşdü ki, şamlıları döyüş meydanına cəzb edən səbəblərdən biri batinində təqva və imandan heç bir əsər-əlamət olmasa da zahirdə özünü dindar, mömin və təqvalı göstərməsidir. Buna görə də bir minbər düzəldilməsini əmr etdi, sonra sərkərdələri yanına çağırıb minbərə çıxdı, din və şəriət üçün ürək ağrısı keçirən bir adam kimi göz yaşları axıdaraq dedi:–"Ey camaat, canınızı və başınızı bizə tapşırın! Süstləşməyin və köməyinizi əsirgəməyin. Bu gün çox təhlükəli bir gün, həqiqətin qorunub-saxlanması günüdür. Siz elə bir adamla mübarizə edirsiniz ki, o, beyəti sındırmış, nahaq yerə qan axıtmışdır. Göylərdə heç kim onu üzürlü hesab etmir."

Ondan sonra Əmr As minbərə çıxdı, Müaviyənin sözlərinə oxşar sözlər danışdıqdan sonra minbərdən endi.130


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin