Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə66/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   62   63   64   65   66   67   68   69   ...   162

ON SƏKKİZİNCİ FƏSİL

ÜMUMI HÜCUMLAR BAŞLANIR


Qanlı Siffeyn müharibəsinin başlanmasından səkkiz gün keçirdi, ara-sıra hücumlar və zirehli qoşun bölmələrinin məhdud hərəkəti bir nəticə verməmişdi. Imam (ə) mümkün qədər ən az tələfat vermək yollarını fikirləşirdi. Özü də arxayın idi ki, məhdud dairədə aparılan döyüşlərin tələfatdan başqa heç bir nəticəsi yoxdur. Buna görə də səfər ayının səkkizində (çərşənbə axşamı) ay işığında öz köməkçilərinə belə bir xütbə söylədi:–O Allaha şükür olsun ki, Onun sındırdığı şey bir daha düzəlməz, möhkəmlətdiyi şey də heç vaxt sınmaz. Əgər O istəsəydi, bu ümmətdən, yaxud başqa məxluqlardan hətta iki nəfər belə, bir-biri ilə ixtilaf etməzdilər, fəziləti az olanlar fəzilət sahiblərinin fəzilətini inkar etməzdilər. Qəzavü-qədər bizi və bu qrupu bura çəkib gətirdi və bizi bir-birimizlə qarşı-qarşıya qoydu. Hamımız Allahın hüzurundayıq. Əgər istəsə, zalımları təkzib və haqqı aşkar etmək üçün əzabın nazil olmasını sürətləndirər. O, dünyanı əməl, axirəti isə əməllərə mükafat verilməsi evi etdi ki, pis əməl sahiblərini, yaramaz əməllərinə görə cəzalandırsın, yaxşı əməl sahiblərini isə yaxşı əməllərinə görə mükafatlandırsın. Agah olun və bilin ki, Allahın istəyi ilə sabah düşmənlə qarşılaşacaqsınız. Belə isə, bu gecə daha çox namaz qılıb Quran oxuyun, Allahdan qələbə istəyin. Sabah isə onlarla ciddiyyətlə və ehtiyatla qarşılaşın və öz işinizdə doğruçu olun."132

Imam (ə) getdikdən sonra əsgərlər öz silahlarını hazırlamağa və döyüş üçün lazım olan şeyləri yerbəyer etməyə başladılar. Imam (ə) səfər ayının səkkizində, çərşənbə günü fərman verdi ki, bir nəfər şamlıların qarşısında dayanıb onlarla döyüşə hazır olduqlarını elan etsin.

Müaviyə də Imam (ə) kimi, öz qoşununu tərtibə salaraq müxtəlif dəstələrə böldü. Həms, Ordon, Qənsər əhalisi onun qoşununun müxtəlif cinahlarını təşkil edirdi. Zəhhak ibni Qeys Fərhi başda olmaqla şamlılar Müaviyəni qorumağı öhdəsinə aldılar və onu əhatə etdilər ki, düşmənin mərkəzə (Müaviyənin qərargahı olan yerə) nüfuz etməsinin qarşısını alsınlar. Qoşunun bu şəkildə nizama salınması Əmr Asın xoşuna gəlmədi və bu işdə Müaviyəyə kömək etmək istədi. Buna görə də birlikdə bağladıqları əhd-peymanı (yəni qələbə çalacaqları təqdirdə Misrin hakimiyyətinin Əmr Asa verilməsini) Müaviyəyə xatırlatdı və dedi:–Həms qəbiləsinin sərkərdəliyini mənə ver və Əbül-Əvəri bu işdən götür.

Müaviyə bu təklifdən sevinib xoşhal oldu və dərhal Əbül-Əvərin yanına bir adam göndərdi ki, ona belə desin: "Əmr Asın müharibə işlərində yaxşı təcrübəsi vardır, amma bu təcrübə məndə və səndə yoxdur. Mən onu süvari qoşun bölmələrinin sərkərdəsi seçmişəm. Sən başqa bir yerə get."

Əmr As Misrə hakim olmaq ümidi ilə iki oğlunu–Əbdüllahı və Məhəmmədi çağırdı, öz təcrübəsi və fikri əsasında bir qoşun nizama saldı, göstəriş verdi ki, zirehli paltarda olanlar ön cəbhədə, zirehsizlər isə arxa cəbhədə yerləşsinlər. Sonra oğlanlarına dedi ki, cərgələrin arasında gəzişərək onların nizam-intizamına dəqiq nəzarət etsinlər. Bununla da kifayətlənməyib özü də dəstələrin arasında hərəkət etməyə, onların nizam-intizamını yoxlamağa başladı. Sonra Müaviyə kimi qoşunun ortasında minbərə çıxdı. Yəmənlilər onun mühafizəsini öz öhdələrinə aldılar. O əmr vermişdi ki, hər kəsin minbərə yaxınlaşdığını hiss etsəniz, dərhal öldürün.133

Bir adamın müharibə etməkdə məqsədi qüdrətə və rəhbərliyə çatmaq olsa, onda özünü mühafizə etmək üçün çoxlu adam təyin etməlidir. Lakin əgər məqsədi ali-insani məqamlara, mənəvi kamallara çatmaq olsa, onda öz məram və məqsədi yolunda ölümdən heç bir qorxusu olmaz. Buna görə də Imam (ə)-ı heç bir kəs mühafizə etmirdi, üstəlik o həzrət öz atına minib fərman verir, qoşuna rəhbərlik edir, qorxulu nərələri ilə Şam pəhləvanlarının canına vəlvələ salır və iti qılıncı ilə onları biçib-tökürdü.

Rəhbərlik üslubunda mövcud olan fərqlər məqsədlərdəki fərqlərdən irəli gəlir. Şəhadət arzusu ilə olan bir mədəniyyət axirətə olan etiqaddan və özünün haqq olmasına inamlı olmaqdan doğur. Amma ölümdən qorxmaq, öz canını qorumaq üçün başqalarını qurban etmək dünya həyatına bağlılıqdan və qeyb aləmini inkar etməkdən irəli gəlir.

Maraqlıdır ki, Əmr Asın oğlu bu həqiqəti etiraf edərək Imam (ə) barəsində belə demişdi: "Bunlar ilahi bir məqsədlə meydana gəlmişlər və şəhadətdən əsla qorxuları yoxdur."

Əmr Asın Müaviyəyə xeyirxahlıq göstərməsi ona məhəbbətdən və ya onun qələbə çalmasına çalışmaq üçün deyildi. O yalnız öz mənafeyini nəzərə alaraq onun qələbə çalmasını istəyir və Müaviyə ilə məşvərət edib öz rəyini söyləyərkən həmişə onu vurğulayırdı. Onların aşağıda qeyd olunan söhbətlərində bu həqiqət aydın olur:

Müaviyə:–Tez ol, qoşunu nizama sal!

Əmr As:–Bu şərtlə ki, hökumətim özüm üçün olsun!

Müaviyə, Imam (ə)-dan sonra Əmr Asın ona rəqib çıxacağından qorxduğu üçün dərhal soruşdu:–Hansı hökumət?! Misrin hökumətindən başqa bir şey də istəyirsənmi?!

Əmr As:–Məgər Misir cənnətin əvəzi ola bilərmi?! Məgər Əlini öldürmək odu heç vaxt sönməyən cəhənnəm əzabı üçün münasib qiymət ola bilərmi?!

Müaviyə bu sözlərin qoşun arasında yayılacağından qorxub həyəcanla dedi:–Astadan danış, sözlərini bir kəs eşitməsin!"

Əmr As Misrə hakim olmaq arzusu ilə şamlılara dedi:–"Ey Şam əsgərləri! Öz səflərinizi nizama salın, başlarınızı öz Allahınıza icarə verin. Allahdan kömək istəyin, həm Onun düşmənləri, həm də öz düşmənlərinizlə cihad edin! Onları öldürün, Allah onları öldürüb məhv etsin!"134

O biri tərəfdən də Imam (ə) bir at istədi, ona ağ rəngli bir at gətirdilər ki, çox güclü və cəld idi, iki cilovla cilovlanırdı. Imam (ə) onun yüyənini əlinə alıb bu ayəni tilavət etdi: "Pak və münəzzəhdir o Allah ki, minik heyvanlarını bizim üçün ram etdi, halbuki bizdə o qüdrət və bacarıq yox idi. Hamımız Ona tərəf qayıdacağıq."

Sonra əllərini qaldırıb belə dua etdi: "Ilahi, qədəmlər Sənə tərəf götürülür, bədənlər əziyyətə düşür, qəlblər ayılır, əllər göyə qalxır, gözlər açılır... Ilahi, biz Peyğəmbərin həyatda olmadığı bir zamanda düşmənin çoxluğundan, arzu və istəklərimizin pərakəndəliyindən Sənə şikayət edirik. Ilahi, bizimlə bu tayfa arasında haqq əsasında hökm et! Sən hakimlərin ən yaxşısısan."135

Nəhayət, səfər ayının səkkizində, çərşənbə günü hərtərəfli hücumlar başlandı. Sübhün əvvəlindən gecəyə kimi davam edən bu döyüşdə tərəflər müsbət bir nəticə əldə etmədən öz mövqelərinə qayıtdılar. Cümə axşamı Imam (ə) sübh namazını qaranlıqda qıldı və dua oxuyandan sonra özü hücumu başladı. Onun ətrafındakılar da hər tərəfdən döyüşə girişdilər.136

Hücumdan əvvəl Imam (ə)-ın etdiyi duanın bir hissəsi belə idi: "Ilahi, əgər bizi Öz düşməninə qalib etsən, bizi zülm etməkdən saxla və qədəmlərimizi haqq üçün möhkəmlət. Əgər onlar bizə qələbə çalsalar, bizə şəhadət nəsib et, dostlarımdan sağ qalanları isə fitnələrdən saxla!137


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin