SAĞ CINAHIN YENIDƏN BƏRPA EDILMƏSI
Rəbiə qəbiləsinin göstərdiyi rəşadətlə müqayisədə Müzər qəbiləsi zəiflik göstərdi. Imam (ə)-ın ordusunun sol cinahı, onun sərkərdəsi Əbdüllah ibni Bədilin öldürüldüyünə və Müzər qəbiləsinin meydandan qaçmasına görə məğlubiyyətə uğradı, bundan sonra o cinahın döyüşçüləri Imam (ə)-ın sərkərdəlik etdiyi mərkəzi cinaha qoşuldular. Imam (ə) sağ cinahı yenidən bərpa etmək üçün Səhl ibni Hənifi ona sərkərdə təyin etdi, lakin şamlıların Həbib ibni Məsləmənin rəhbərliyi ilə olan sel kimi hücumları təzə təyin olunmuş sərkərdəyə mövcud vəziyyəti nizama salmaq üçün imkan vermədi. Imam (ə) Müzər qəbiləsinin sağ cinahda möhkəm dayanmamasından xəbərdar olduqda dərhal Maliki çağırıb ona fərman verdi ki, islami inzibatı itirən bu qəbiləyə belə desin: "Nə üçün qarşılaşmağı bacarmadığınız ölümdən müvəqqəti həyata qaçırsınız?!"
Malik məğlubiyyətə uğramış sağ cinahın qarşısında dayanıb Imam (ə)-ın sözünü onlara çatdırdı və çox həyəcanlı bir çıxışda dedi:–"Cihad meydanından qaçmaq izzətin və başıucalığın əldən getməsinə, beytül-malın tələf olmasına, həyatda zillətə, dünya və axirətdə rüsvayçılığa, Allahın qəzəbinə və Onun dərdli əzabına səbəb olacaq. Dişlərinizi bir-birinə bərk-bərk sıxın və düşmənin qarşısına öz başlarınızla çıxın!"
Bunu deyib sağ cinahı nizama saldı, hücumu özü başladı, Müaviyənin qoşununun (Imam (ə)-ın qoşununun sol cinahı ilə üzbəüz olan) sol cinahını geriyə oturtdu və Müaviyənin mərkəzi cinahına çatdı.150
Imam (ə) sağ cinahın məğlubiyyətdən sonra yenidən nizama salınmasından xoşhal oldu, onlara buyurdu: "Indi səbirli olun ki, sizə Allah tərəfindən sabitlik və rahatlıq nazil oldu və Allah sizi yəqinlə möhkəmlətdi. Məğlub olanlar (döyüş meydanında möhkəm dayanmayanlar) bilsinlər ki, özlərini ilahi qəzəb və bəla qarşısında qoymuşlar. Cihaddan qaçmaq həmişə Allahın qəzəbi və zillətlə yanaşıdır."151
Dostları ilə paylaş: |