3-IMAM (ə) MÜAVIYƏNI MÜBARIZƏYƏ ÇAĞIRIR
Bir gün Imam (ə) meydana gəlib iki qoşunun arasında dayandı, axırıncı dəfə olaraq höccəti Müaviyəyə tamam etmək istədi. Imam (ə) buyurdu:–Müaviyə, Müaviyə, Müaviyə!
Müaviyə özünün xüsusi məmurlarına dedi:–Qabağa gedin və onun məqsədinin nə olduğunu öyrənin.
Məmurlar:–Nə deyirsən, ey Əbu Talibin oğlu?
Imam (ə):–Ona bir kəlmə sözüm var.
Məmurlar Müaviyəyə dedilər:–Əli sənin özünlə danışmaq istəyir.
Müaviyə Əmr Asla birlikdə meydana gəldi və Imam (ə)-ın qarşısında dayandılar. Imam (ə) Əmr Asa məhəl qoymadan Müaviyəyə dedi:–Vay olsun sənə! Nə üçün camaat bizə görə bir-birini qırır? Yaxşı olar ki, meydana gələsən, bir-birimizlə vuruşaq, hansımız qələbə çalsaq, o da rəhbərliyi əlinə alsın.
Müaviyə Əmr Asa dedi:–Bu barədə nə fikirləşirsən?
Əmr As:–Əli insafla danışır. Əgər (qorxub) qayıtsan, bu sənin özün və nəslin üçün heç vaxt yuyulmayan bir ar olacaqdır.
Müaviyə:–Əmr As! Mən sənə heç vaxt aldanmaram. Hər kəs Əli ilə döyüşə girişsə, sözsüz yer onun qanı ilə doyar.
Bunu deyib öz qoşunlarına tərəf qayıtdılar. Imam (ə) da gülümsəyib öz yerinə qayıtdı. Müaviyə Əmr Asa dedi:–Sən nə qədər də axmaq adamsan! Zənnimcə sənin verdiyin təklif ciddi deyil, zarafatla qarışıq idi.182
Dostları ilə paylaş: |