ŞƏHID ÖVLADININ ŞÜCAƏTI
Haşim Mərqal bacarıqlı və şücaətli sərkərdələrdən biri idi. Belə ki, hamı onun islami fəthlərdəki parlaq xidmətlərini bilirdi. Onun şəhid olması ilə Imam (ə)-ın ordusunda nəzərə çarpacaq dərəcədə süstlük yaranması gözlənilirdi, lakin onun oğlunun odlu xitabəsi vəziyyəti tamamilə dəyişdirdi və onun yolunu gedənlərdə daha da ciddiyyət yaratdı.183 O atasının bayrağını əlinə aldı, haqq fədailərinə üz tutub dedi:–Haşim Allah bəndələrindən biri idi, ilahi dəftərdə onun ruzisi təyin olunmuş, işləri yazılmışdı. Əcəli çatdı və heç kimin müxalifət edə bilməyəcəyi Allah onu Öz dərgahına çağırdı. O, Peyğəmbər (s)-in əmioğlusunun, o həzrətə ilk iman gətirən və ümmət içində ilahi dini ən dərindən bilən bir şəxsin yolunda cihad etdi. O, Allah düşmənləri ilə–haramı halal hesab edənlər, cəmiyyətdə zülm ilə hökmranlıq edənlər və çirkin işləri şeytan tərəfindən gözəl cilvələndirilənlərlə barışmaz düşmən idi. Sizə vacibdir ki, Peyğəmbər (s)-in qanunları ilə müxalifət edənlər, ilahi qanunları qüvvədən salanlar və Allah övliyaları ilə mübarizəyə qalxanlarla cihad edəsiniz. Bu cihadda Allaha itaət etmək üçün öz pak canınızı qurban verin ki, axirətdə ən yüksək məqamlara nail olasınız. Əgər ilahi mükafat və cəzanı, cənnət və cəhənnəmi nəzərə almasaydıq belə, yenə də Əli tərəfində mübarizə aparmaq, ciyər yeyənin oğlu Müaviyə ilə birlikdə vuruşmaqdan yaxşıdır. Niyə belə olmasın, halbuki, siz öz arzularınıza ümidvarsınız.184
Onun sözləri qurtarmamış Imam (ə)-ın sədaqətli şiəsi Əbut-Tüfeyl, Haşimə bir mərsiyə qoşdu. Onun ilk beyti belədir:
"Ey Haşim, Peyğəmbər sünnəsinin düşmənləri ilə Allah yolunda vuruşaraq Cənnəti qazandın."185
Dostları ilə paylaş: |