Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


ƏMR ASIN MƏKRLI HIYLƏLƏRININ ICRASI



Yüklə 249,24 Kb.
səhifə9/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   5   6   7   8   9   10   11   12   ...   162

ƏMR ASIN MƏKRLI HIYLƏLƏRININ ICRASI


Iki hiyləgər siyasətçinin sövdələşməsi sona çatdı. Artıq Əmr Asın tədbirlərinin icra edilməsinin vaxtı çatmışdı. Onun Məhəmməd ibni Əbu Hüzeyfə və Qeysərin Şama hücum etməsi ilə əlaqədar irəli sürdüyü təkliflər dəqiq şəkildə icra olundu və hər ikisində də müvəffəqiyyət əldə edildi.

Amma Əli (ə)-ın Şama tərəf hərəkət etməsi kimi böyük çətinlik hələ də qalmaqda idi. Əmr Asın Əli (ə)-la qarşılaşmaq üçün irəli sürdüyü təklif Şam əhalisinin əksəriyyətinin tam rəğbətlə Müaviyənin əmrinə itaət etməsinə və Əli (ə)-la döyüşə hazır olmalarına şərait yaratdı. Indi bu tədbirin Şam əhalisi kimi rahatlıq və firavanlıq axtaran bir cəmiyyətin ölümü rahat yaşayışdan üstün hesab etmələrinə necə səbəb olmasını araşdırırıq.

Deyirlər ki, yaşlı bir səhabə Müaviyənin yanına getdi. Müaviyə onu hörmətlə qarşılayıb təzim etdi. O səhabə Müaviyə ilə Əmr Asın arasında oturub dedi:–Bilirsinizmi, nə üçün sizin aranızda oturdum?

Dedilər:–Yox.

Dedi:–Bir gün siz Peyğəmbər (s)-in hüzurunda bir-birinizlə gizli söhbət edirdiniz. Peyğəmbər buyurdu ki, Allah rəhmət eləsin o kəsə ki, o iki nəfəri bir-birindən uzaqlaşdırsın, çünki onların bir yerdə olması xeyir gətirməz."23

Heç bir amil iman qədər hərəkat yaradan və təhrik edən deyildir. Eyni halda, dini duyğular ikiağızlı qılınc kimidir: əgər vəzifəsindən sui-istifadə edən bir rəhbərin əlinə düşsə, onun təxribatçılıq və dağıdıcılıq qüdrəti heç bir vəch ilə vəsf edilə bilməz.

Əmr Asın Əli (ə)-la qarşılaşmaq tədbiri Şam əhalisinin dini hislərini o həzrətin əleyhinə təhrik etmək, onu xəlifənin (Osmanın) qətlə yetirilməsində günahlandırıb müqəssir saymaq və bu təbliğatı apararkən camaatın hörmət etdiyi zahid və abidlərdən öz mənfur niyyəti yolunda istifadə etməkdən ibarət idi. Ona görə də Müaviyəyə dedi:–Şam əhalisinin Şərhbil Kindiyə xüsusi hörməti vardır. O həm də öz yerlisi və Əlinin nümayəndəsi olan Cəririn düşmənidir. Gərək hadisəni ona elə xəbər verəsən ki, Əlinin Osmanın qatili olduğuna inansın. Hər ikinizin nəzərində hörmət sahibi olan şəxslərdən Şamın hər yerində bu fikri yaymalarını tələb etməlisiniz. Əgər Şərhbilin beyninə bir şey yerləşsə, o fikir onun başından çox da tez çıxmaz.24


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin