TARIX TƏKRAR OLUNUR
Imam (ə)-ın döyüş meydanındakı misilsiz şücaətləri şamlıların ürəyinə dəhşətli bir qorxu salmışdı. Uca bir təpənin üstündən vəziyyəti müşahidə edən Müaviyə ixtiyarsız olaraq şamlıları danlayıb dedi:–Ölüm olsun sizə! Içinizdə bir kişi yoxdurmu ki, Əbəl-Həsənə (Əliyə) sui-qəsd etsin, yaxud döyüş vaxtı, yaxud da iki qoşun bir-birinə qarışıb toz-torpaq qalxdıqda onu öldürsün?!
Vəlid ibni Ütbə Müaviyənin yanında durmuşdu, ona dedi:–Bu iş üçün sən hamıdan irəlidəsən.
Müaviyə dedi:–Əli məni bir dəfə mübarizəyə dəvət etdi, lakin mən heç vaxt onun qarşısına çıxmaram. Çünki ordu öz rəhbərini qorumaq üçündür.
Axırda Busr ibni Ərtatı Imam (ə) ilə mübarizəyə təşviq edib dedi:–Toz-torpaq qalxan vaxt onunla vuruş.
Busrun Hicazdan yenicə Şama gəlmiş əmioğlusu onun bu işinə mane olmaq istədi, lakin Busr Müaviyəyə söz verdiyinə görə meydana getdi. O, başdan-ayağa zirehli paltar geymiş halda Əli (ə)-ı mübarizəyə dəvət etdi. Imam (ə)-ın nizə zərbəsi onu yerə sərdikdə o da Əmr As kimi öz övrətini açdı, Imam daha onu təqib etmədi.190
Dostları ilə paylaş: |