IMAM (ə)-IN BU MƏKTUBA CAVABI
"Zülm və yalançılıq insanın din və dünyasını puç edər, onun xəta işlərini və qanunsuz əməllərini eyb axtaranlara aşkar edər. Sən bilirsən ki, öz keçmişini bərpa etməyə qadir deyilsən. Bir dəstə insan əhd-peymanı pozaraq nahaq yerə müxalifətə başladılar, Allahın aşkar əmrini dəyişdirdilər, Allah da onların yalanlarını ifşa etdi. Elə bir gündən qorx ki, o gündə işinin aqibəti yaxşı olanlar sevinəcək, öz rəhbəri ilə müxalifət edənlər peşman olacaqlar: bunlar dünyaya aldanaraq ona ürək bağlamışdır. Bizi Quranın hökmünə dəvət edirsən, halbuki özün onun əhli deyilsən. Biz sənə cavab vermədik, lakin Quranın hakim olmasını qəbul etdik."204
Əşəs ibni Qeys elə ilk günlərdən Müaviyə ilə gizli əlaqə yaratmaqda müttəhim olunmuşdu, müharibənin gedişində də bu əlaqələr müəyyən qədər hiss olunurdu. O, bu dəfə israr etdi ki, Müaviyənin yanına gedib onun Quranları qaldırmaqda məqsədinin nə olduğunu öyrənsin.205
Əşəs elə ilk gündən etibarən Imam (ə)-a sədaqətli deyildi və Müaviyənin qardaşı Ütbə ilə müzakirə apardıqdan sonra sülh fikrinə düşmüşdü. O, "Leylətül-hərir"də müharibənin davam etdirilməsini hər iki tərəfin məhv olması hesab etdi. Quranların nizəyə vurulması fitnəsində də Əli (ə)-ın şamlıların dəvətinə müsbət cavab verməsinə israr edir, həm də qoşunun yorğunluğundan söz açırdı. Bu dəfə Müaviyə ilə əlaqə yaratmaq və sülh barəsində son qərara gəlməsi üçün, vaxt verilməsini tələb edirdi. (Sonra qeyd edəcəyik ki, o, Imam (ə)-ın nümayəndə təyin etməsinə imkan vermədi və o həzrətin təyin etdiyi nümayəndəni bir bəhanə ilə kənarlaşdırdıqdan sonra öz seçdiyi nümayəndəni qəbul elətdirdi. Bu da iraqlıların tam zərərinə idi.)
Əşəs Müaviyə ilə görüşdükdən sonra təzə bir söz gətirmədi, sadəcə olaraq Müaviyənin məktubunun sözlərini yenidən təkrar etdi. Silahlı qiyamçıların göstərdiyi təzyiq Imam (ə)-ı, Quranın hakim olmasını qəbul etməyə vadar etdi. Buna görə də hər iki tərəfin qariləri iki qoşunun ortasında toplaşıb Qurana baxdılar və onun hökmünü dirçəltmək qərarına gəldilər, sonra öz yerlərinə qayıtdılar. Hər iki tərəfdən "biz Quranın hökmünə razıyıq" - səsləri ucaldı.206
Dostları ilə paylaş: |