Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə1/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
  1   2   3   4   5   6   7   8   9   ...   162


VİLAYƏT GÜNƏŞİ

İKİNCİ CİLD


AYƏTULLAH CƏFƏR SÜBHANİ

ON İKİNCİ FƏSİL

SIFFEYN MÜHARIBƏSININ SƏBƏBLƏRI

IMAM (ə)-IN MÜAVIYƏYƏ QƏTI SÖZÜ


Əmirəl-möminin Əli (ə)-ın saleh şəxsləri vali təyin etmək və səlahiyyətsiz, ləyaqətsiz şəxsləri işdən götürməklə ilahi-haqq hökumətinin əsaslarını möhkəmləndirdikdən sonra artıq Şamdakı xəbis şəcərənin (sülalənin) köklərini kəsərək onun şərrini islam cəmiyyətindən uzaqlaşdırmağın vaxtı gəlib çatmışdı. Bu məsələ Həmdanın hakimi Cəririn Kufəyə gəldiyi vaxt daha da dəqiqləşdi. O, Imam (ə)-ın məqsədindən agah olduqdan sonra Imam (ə)-ın xəbərdarlığını ona çatdırmaq istədi və belə dedi:–Mənim Müaviyə ilə köhnə dostluğum var. Onu sənin haqq olan hökumətini rəsmi şəkildə tanımağa dəvət edər və Allahın itaətində olduğu vaxta qədər sənin tərəfindən Şamda hakim qalacağını bildirərəm.

Imam (ə) onun sonuncu şərti qarşısında sükut etdi və heç nə demədi. Çünki bilirdi ki, onun bu iş üçün səlahiyyəti yoxdur. Malik Əştər Cəririn Imam (ə)-ın nümayəndəsi olmasının əleyhinə çıxdı və onu Müaviyə ilə həmkarlıq etməkdə müttəhim etdi. Lakin Imam (ə) Malikin sözlərinin əksinə olaraq Cəriri seçdi. Hadisələrin gedişi də o həzrətin düzgün fikirləşdiyini isbat etdi.1 Imam (ə) Cəriri göndərəndə ona buyurdu: Gördün ki, gözüaçıq və din əhlindən olan səhabələrin hamısı mənimlədir. Peyğəmbər səni "yəmənli xeyirxah" adlandırmışdı. Məktubumla birlikdə Müaviyənin yanına get. Əgər müsəlmanların hamısının qəbul etdiyinə əməl etsə, lap yaxşı. Əks halda ona bildir ki, indiyə qədər mövcud olan sakitlik və rahatlıq bir daha mövcud olmayacaq. Ona çatdır ki, mən onun vali olmağına heç vaxt razı olmamışam, camaat da onun (mənim tərəfimdən) vali olmağına razı olmayacaq."2

Cərir məktubu alıb Şama yola düşdü. Müaviyənin yanına gedib dedi: "Məkkə, Mədinə, Kufə, Bəsrə, Hicaz, Yəmən, Misir, Əmman, Bəhreyn və Yəmamə əhalisi əmioğlun Əli ilə beyət etmişlər və içərisində olduğun bu bir neçə qaladan başqa bir kəs qalmamışdır. Əgər o yerlərin çöllərindən sel qalxsa, hamını qərq edər. Mən ki, səadət yoluna dəvət etmək və bu kişiyə beyət etmək üçün sənə yol göstərməyə gəlmişəm.3

Sonra Imam (ə)-ın məktubunu Müaviyəyə verdi. Məktubda yazılmışdı: "Mədinədə mühacir və ənsarın beyəti Şamda sənə höccəti tamam və itaət etməyi sənə vacib etmişdir. Əbu Bəkr, Ömər və Osmanla beyət edənlər elə həmin qayda ilə mənə də beyət etmişlər. Bu beyətdən sonra nə (orada) hazır olanların onunla müxalifət etmək haqqı var, nə də ki, sənin kimi orada olmayanlar onu rədd edə bilərlər. Şura (sizin rəyinizə görə) mühacir və ənsarın hüquqi ixtiyarıdır. Əgər onlar bir kəsin imamətinə rəy verərək onu Imam adlandırsalar, onda Allah bu işdən razı olar. "Əgər bir kəs etiraz məqsədilə, yaxud qarmaqarışıqlıq yaratmaq qəsdi ilə onların fərmanından boyun qaçırsa, onu öz yerində oturdarlar və əgər tüğyan etsə, möminlərdən başqasının yolunu getdiyinə görə onunla vuruşarlar, Allah da onu sərgərdan halda buraxar, qiyamətdə onu cəhənnəmə atar. Bu da ən pis aqibətdir."4 Təlhə və Zübeyr mənimlə beyət etdikdən sonra öz beyətlərini pozdular. Beyəti pozmaq onu rədd etmək kimidir. Ey Müaviyə! Nəhayət, haqq qalib gəldi, Allahın fərmanı qələbə çaldı. Mənim nəzərimdə sənin üçün ən yaxşı iş sənin sağ-salamat olmağındır. Lakin özünü bəlaya salsan, səninlə vuruşacaq və bu yolda Allahdan kömək istəyəcəyəm. Osmanın qatilləri barəsində çox söz dedin. Sən də sair müsəlmanların getdiyi yolla get və bundan sonra bu məsələni irəli çək. Mən hamını Allahın Kitabına əməl etməyə vadar edirəm. Deyirsən ki, "Osmanın qatillərini mənə təhvil ver, sonra səninlə beyət edim." Sənin bu təklifin uşağı südlə aldatmağa oxşayır. Canıma and olsun, əgər sən öz nəfsinə yox, əqlinə müraciət etsən, Osmanın qanı qarşısında mənim ən pak bir şəxs olduğumu dərk edərsən. Bil ki, sən "tüləqa"dan–islamda əsir olduqdan sonra azad olunanlardansan. Xilafət belə şəxslərə halal deyildir və onların şurada da üzv olmağa haqları yoxdur. Mən iman və hicrət əhli olan Cərir ibni Əbdüllahı sənin və sənin tərəfindən işlə məşğul olanların yanına göndərirəm ki, mənimlə beyət edib öz vəfadarlığını elan edəsən."5



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin