Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


"Ilahi, səfərin məşəqqətindən, qayıtmaq qəmindən, malın və əhl-əyalın düçar olacağı bəladan Sənə pənah aparıram!"



Yüklə 249,24 Kb.
səhifə109/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   105   106   107   108   109   110   111   112   ...   162
"Ilahi, səfərin məşəqqətindən, qayıtmaq qəmindən, malın və əhl-əyalın düçar olacağı bəladan Sənə pənah aparıram!"

Imam (ə) bu duanı oxuya-oxuya Kufəyə yola düşmək üçün Fəratın sahilinə çıxdı. Səndəvda şəhərinə çatanda Bəni-Səid qəbiləsi o həzrətin pişvazına çıxıb xahiş etdilər ki, onlara qonaq olsun, lakin Imam (ə) onların dəvətlərini qəbul etmədi.219 Kufə xurmalıqlarına yaxınlaşanda evinin kölgəsində oturan qoca bir kişi ilə qarşılaşdı. Üzündə xəstəliyin əsər-əlaməti görünürdü. Imam (ə)-la o qoca arasında belə bir söhbət oldu:

Imam (ə):–Rəngin niyə qaçıb? Xəstəsənmi?

Qoca kişi:–Bəli.

Imam (ə):–Xəstəliyi xoşlamırdınmı?

Qoca kişi:–Xeyr, xəstə olmaq istəmirəm.

Imam (ə):–Belə xəstəliklər Allah yanında xeyir bir iş hesab olunmurmu?

Qoca kişi: Bəli.

Imam (ə):–Müjdə olsun ki, Haqqın rəhməti sənə şamil olmuş, günahların bağışlanmışdır! Adın nədir?

Qoca kişi:–Adım Saleh, atamın adı Səlimdir. Səlman ibni Təyy qəbiləsindənəm. Biz Səlim ibni Mənsur qəbiləsi ilə həmpeymanıq.

Imam (ə): – Həm sənin öz adın, həm atanın adı, həm də

həmpeymanınızın adı necə də gözəldir! Bu müharibədə bizim tərəfdə iştirak edirdinmi?

Qoca kişi:–Xeyr, iştirak etməmişəm, amma çox arzu edirdim. Gördüyün kimi, zəifliyim məni bu işdən saxlamışdır.

Imam (ə):–Allahın kəlamını eşit: "Zəiflərə, xəstələrə, cihad yolunda xərcləməyə mal-dövləti olmayanlara Allah və Onun Peyğəmbərinə xatir xeyirxahlıq istəmələrinin maneçiliyi yoxdur. Allah bağışlayan və rəhimlidir."

Imam (ə):–Camaat bizim şamlılarla olan bu işimiz barədə nə deyir?

Qoca kişi:–Sənə qarşı bədxah olanlar sənin bu işindən sevinirlər, lakin sənin həqiqi dostların qəzəblənmiş və çox təsirlənmişlər.

Imam (ə):–Düz deyirsən. Allah sənin xəstəliyini günahlarının bağışlanmasına bir səbəb etsin. Çünki xəstəlikdə heç bir mükafat yoxdur, lakin günahların bağışlanmasına səbəb olar. Mükafat əmələ, danışığa aiddir, lakin eyni halda gərək hüsnü-niyyətdən qafil olmayasan. Çünki, Allah çoxlarını xeyir niyyətlərinə görə behiştə aparacaq.220

Imam (ə) bu sözləri deyib yoluna davam etdi. Bir qədər yol gedəndən sonra Əbdüllah ibni Vədiə Ənsari ilə rastlaşdı, Müaviyə ilə olan əhdnamə barəsində camaatın fikrini ondan öyənmək istədi. Onların arasında belə bir söhbət oldu:

Imam (ə):–Camaat bizim işimiz barədə nə deyir?

Ənsari:–Camaat arasında iki fikir var. Bəziləri onu bəyənmiş, bəziləri isə bəyənməmişdir. (Quranın ifadəsi ilə desək, "Onlar həmişə ixtilafdadırlar.")

Imam (ə):–Təhlilçilər nə deyir?

Ənsari:–Onlar deyirlər ki, Əlinin ətrafında bir dəstə adam var idi, amma Əli onları dağıtdı; onun möhkəm bir qalası var idi, lakin onu viran etdi. Əli itirdiyi adamları nə vaxt tapa bilər və dağıtdığı binanı nə vaxt düzəldə bilər?! Əgər o, döyüşü ona itaət edənlərlə birlikdə davam etdirsəydi, qələbə də çalsaydı, məğlub da olsaydı, onda ağıllı və siyasətlə uyğun olan bir iş görmüş olardı.

Imam (ə):–Mən viran etdim, yoxsa onlar (xəvariclər)?! O cəmiyyəti mən dağıtdım, yoxsa onların özləri ixtilaf və ikitirəlik yaratdılar?! Bəzilərinin mənimlə müxalifətə başladığı vaxt mənə vəfadar qalanlarla döyüşü davam etdirməyim elə bir iş deyildi ki, mən ondan qafil olam. Mən öz canımdan keçib ölümü gülərüzlə qəbul etmək istəyirdim, lakin Həsənlə Hüseynə baxanda gördüm ki, onlar şəhadət üçün məndən qabağa keçirlər. Qorxdum ki, onların şəhid olması ilə Peyğəmbər (s)-in sülaləsi kəsilsin. Odur ki, bu işi məsləhət görmədim. Allaha and olsun, əgər şamlılarla yenidən qarşılaşsam, bu yolu seçərəm və bu vaxt Həsənlə Hüseyn də mənimlə olmaz.221

Ənsarinin Imam (ə)-la açıq söhbətindən iki məsələ aydınlaşır:




Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin