Dost-düşmən Əbu Musanın sadə və dünyagörüşsüz bir adam olmasında yekdil fikirdə olaraq onu "küt və dəstəksiz bıçaq", "hövsələsiz adam" adlandırırdılar. Amma Əli (ə) nə edə bilərdi?! Çünki onun sadəlövh və nadan dostlarının əksəriyyəti elə Əbu Musa kimi idilər və o həzrətə iki məsələni: həm həkəmiyyəti, həm də həkəmi (qazini) qəbul etdirdilər. Əbu Musa Dumətul-cəndələ yola düşəndə Imam (ə) ona dedi:–Allahın Kitabı (Quran) əsasında qəzavət et və onun həddini keçmə.
Sonra ətrafındakılara buyurdu:–Bilirəm ki, o bu işdə aldanacaq.
Übeydullah:–Əgər aldanacaqsa, nə üçün onu göndərirsən?
Imam (ə):–Əgər Allah-Taala bəndələri ilə Öz elmi əsasında rəftar etsəydi, daha onlar üçün peyğəmbərlər göndərməz və onların vasitəsi ilə bəndələrə dəlil gətirməzdi.225
Dostları ilə paylaş: |