Xəvaricin başçılarından biri də Zussədyədir. Rical kitablarında onun adı Nafe qeyd olunur. Hədisçilərin çoxu belə təsəvvür ediblər ki, Zul-Xüveysirə adı ilə məşhur olan Hərqus elə Zussədyədir. Amma Şəhristani özünün "Miləl və nihəl" kitabında (1-ci cild, səh.116) bunun əksini deyərək yazır: Onların hər ikisinin Peyğəmbər (s)-ə etirazı eyni şəkildə idi, hər ikisi Peyğəmbər (s)-ə "ədalətli ol" demiş, həzrət də hər ikisinə eyni cavab vermişdi.247
Buna görə də çoxları bu iki adın bir adamın adı olduğunu təsəvvür etmişdir. Amma Zussədyənin tarixdə gələn və Peyğəmbər (s)-in dilindən olan vəsfi Zul-Xüvəysirədə olduğu kimi deyildir. Ibni Kəsir mariqinlər barəsində olan rəvayətləri toplayaraq qeyd etmişdir ki, Peyğəmbər (s) buyurmuşdur: "Bir dəstə, kamandan atılan ox kimi dindən çıxacaq və bir daha ona qayıtmayacaqlar. Əlamətləri də budur ki, onların arasında qarayanız, əli naqis olan bir kişi vardır. Onun əlinin axırında arvad döşünə oxşar uzanıb-yığılan ət parçası vardır."248 Nəhrəvan müharibəsi qurtardıqdan sonra Imam (ə) əmr verdi ki, ölülərin içindən Zussədyənin cəsədini tapıb onun əlinin necə olduğunu yoxlasınlar. Onun cəsədini tapıb gətirdilər, əli eynilə Peyğəmbər (s)-in buyurduğu kimi idi.
Dostları ilə paylaş: |