Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IBNI ABBASIN XƏVARICLƏ MÜBAHISƏSI



Yüklə 249,24 Kb.
səhifə129/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   125   126   127   128   129   130   131   132   ...   162

IBNI ABBASIN XƏVARICLƏ MÜBAHISƏSI


Ibni Abbas Imam (ə)-ın əmri ilə xəvaricin düşərgəsinə gedib onlarla söhbət etdi. Burada onların söhbətlərini qeyd edirik:

Ibni Abbas:–Sizin sözünüz nədir? Əmirəl-mömininə qarşı nə iradınız var?

Xəvaric:–O, möminlərin əmiri idi, amma həkəmiyyəti qəbul etdikdə kafir oldu. Gərək öz küfrünü etiraf edib, tövbə etsin. Bundan sonra biz ona tərəf qayıdarıq.

Ibni Abbas:–Mömin gərək onun islami əqidə və üsullarına olan yəqini aludə olmamış öz küfrünü iqrar etməsin.

Xəvaric:–Onun küfrünün səbəbi budur ki, həkəmiyyətə razı olmuşdur.

Ibni Abbas:–Həkəmiyyəti qəbul etmək Allahın bir neçə yerdə qeyd etdiyi Quran məsələsidir. O cümlədən buyurulur: "Ey iman əhli, şikarı ehram halında öldürməyin. Sizdən hər kəs onu qəsdən öldürsə, gərək o heyvanın ağırlığı qədər kəffarə versin. Bu kəffarənin o heyvanın ağırlığında olmasını iki nəfər ədalətli şəxs təsdiq etsin." Əgər Allah-Taala ehram halında şikar etmək kimi nisbətən asan olan bir məsələdə hakim seçməyi əmr edirsə, onda nə üçün imamət məsələsində müsəlmanların qarşısına çətinlik çıxanda hakim seçməyi rəva görməsin?!

Xəvaric:–Qazilər onun fikrinə rəy verdilər, amma o, qəbul etmədi.

Ibni Abbas:–Qazilərin məqamı Imamın öz məqamından heç bir vəch ilə yüksək deyildir. Nəinki qazilər, hətta müsəlmanların imamı da yolunu azsa, ümmət onunla müxalifətə qalxmalıdırlar. Əgər qazilər haqqın ziddinə bir hökm etsə, sözsüz gərək ümmət onların əleyhinə qalxsın.

Bu zaman onlar məhkum olunduqlarını hiss edib nadan kafirlər kimi inadkarlığa başladılar, Ibni Abbası tənqid atəşinə tutub dedilər:–Sən elə həmin Qüreyş qəbiləsindənsən ki, Allah onların barəsində "Qüreyş kinli bir qrupdur", həmçinin, "... Quranın vasitəsi ilə kinli adamları qorxudasan"266 deyə buyurmuşdur.267

Əgər onlar doğrudan da haqqı istəsəydilər, başlarında özbaşınaçılıq və inadkarlıq fikirləri dolaşmasaydı, şübhəsiz, Ibni Abbasın məntiqi sözlərini qəbul edib silahı yerə qoyar və Imam (ə)-a qoşular, sonra isə əsil düşmənlərlə vuruşardılar. Lakin təəssüflər olsun ki, Ibni Abbas cavab verərkən onlar imanlılara yox, Qüreyş müşriklərinə aid olan ayələri tilavət etdilər.

Quran həkəmə (qaziyə) müraciət etməyi kiçik dava-dalaşlarda belə (məsələn, ailə münasibətlərində) caiz bilmiş, tərəflər hüsnü-niyyətdə olduqları halda bunun nəticəsini də yaxşı hesab etmişdir. Allah-Taala buyurur: "Əgər ər-arvadın ixtilafından qorxursunuzsa, bir nəfəri kişinin ailəsindən, bir nəfəri də arvadın ailəsindən qəzavətə seçin; əgər islah olunmağı istəsələr Allah o ikisini hədəfə çatmaqda müvəffəq edər. Allah alim və agahdır."

Ümmətin üç ay davam edən qanlı müharibədəki ixtilafının ər-arvadın arasındakı ixtilafdan az olduğunu, habelə, ümmətin tərəflərdən iki nəfərin kitab və sünnə əsasında olan qəzavətə seçilməsini istəməsinin qanunsuz bir iş və küfr olduğunu, nəticədə bu işi görənlərin tövbə etməli olduğunun vacibliyini heç vaxt iddia etmək olmaz.

Bu ayələrə diqqət yetirməklə aydın olur ki, xəvaric tərəfindən həkəmiyyətin xəta hesab edilməsinin səbəbi inadkarlıqdan, özbaşınalıqdan başqa bir şey deyildi.

Ibni Abbasın dəlil-sübut əsasında olan müzakirələri sona çatmadı, onları hidayət etmək üçün Imam (ə)-ın tərəfindən yenə də göndərildi. Imam (ə) ona əmr etmişdi ki, xəvariclə Peyğəmbər (s) sünnəsi əsasında mübahisə etsin, çünki Quran ayələrində müxtəlif ehtimallar, müxtəlif yozumlar vardır, xəvaric də özlərinə sərfəli olan ehtimalı seçə bilərdilər. Belə ki, o həzrət buyurdu: "Xəvariclə Quran ayələri əsasında müzakirə etmə; çünki Quranda çoxlu ehtimallar vardır, bu surətdə sən bir söz deyəcəksən, onlar da başqa söz deyəcəklər (və müsbət bir nəticə alınmayacaq). Amma sünnə əsasında onlara dəlil gətir, bu halda onu qəbul etməkdən başqa bir çarələri olmayacaq."268



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin