Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə) ŞƏXSƏN XƏVARICIN DÜŞƏRGƏSINƏ GEDIR



Yüklə 249,24 Kb.
səhifə130/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   126   127   128   129   130   131   132   133   ...   162

IMAM (ə) ŞƏXSƏN XƏVARICIN DÜŞƏRGƏSINƏ GEDIR


Imam (ə) Səsəə ibni Suhan Əbdi, Zeyd ibni Nəzir, Ibni Abbas kimi şəxsləri göndərməklə onların hidayət olunmasından məyus olduqda şəxsən gedib onlarla görüşmək qərarına gəldi ki, bəlkə həkəmeyn məsələsini və onun müqəddiməsini şərh etməklə, həmçinin bu işə məhz onların özlərinin bais olduqlarını onlara anlatmaqla hamısını, yaxud bir qismini qiyamdan saxlaya bilsin. Imam (ə) hərəkət edəndə Səsəədən soruşdu ki, qiyamçılar xəvaricin başçılarından hansının tabeçiliyindədirlər. O, "Yəzid ibni Qeys Ərcinin" - deyə cavab verdi.

Imam (ə) öz atına minib düşərgənin arasından keçdi, Yəzidin xeyməsinin qabağında atdan düşdü, iki rəkət namaz qılıb öz kamanına dayandı, sora üzünü xəvaricə tutub sözünü belə başladı:–Sizin hamınız Siffeyndə iştirak edirdinizmi?

Dedilər:–Yox!

Imam (ə) buyurdu:–Iki dəstəyə ayrılın, hər iki dəstə ilə söhbət edəcəyəm. (Sonra uca səslə buyurdu:) Sakit olun və pıçıldaşmayın, sözlərimə qulaq asın! Hər kəsdən şahidlik etməsini istəsəm, öz bildiklərinə uyğun olaraq şəhadət versin.

Imam onlarla danışığa başlamazdan qabaq özü Allahın dərgahına üz tutdu, hamının nəzər-diqqətini Allah dərgahına yönəldərək dedi:–Ilahi, bu elə bir məqamdır ki, hər kəs onda qələbə çalsa, qiyamət günündə də qalib olacaq, hər kəs bu məqamda məhkum olunsa, o dünyada da kor və azmış olacaq. Ey camaat! Məgər siz Quranlar nizəyə vurulanda, hiyləgərlik məqsədilə demədinizmi ki, "onlar bizim qardaşlarımızdır, biz bir dindəyik, onlar öz keçmiş işlərini unutmuş, peşman olmuşlar, indi Allahın Kitabına pənah gətirmişlər, gərək onların rəylərini qəbul edib qəm-qüssələrini aradan qaldıraq!" (Və mən də sizə cavab vermədimmi ki,) sizin bu təklifinizin zahiri iman, batini isə ədavət və kin-küdurətdir; onun əvvəli mərhəmət və ürəyəyatan, axırı isə peşmançılıqdır. Öz yerinizdə qalın, tutduğunuz yolu buraxmayın, düşmənlə cihad etmək üçün dişlərinizi sıxın, heç kəsin nərəsinə əhəmiyyət verməyin; çünki əgər onunla razılaşılsa, yoldan azdırar və öz halına buraxılsa, xar və zəlil olar. Axırda bu iş (onların istəkləri qarşısında təslim olmaq) mənim təsdiq etdiyimin əksinə oldu və gördüm ki, siz düşmənə belə bir fürsət verdiniz.269

Ibni Əbil-Hədid 36-cı xütbənin şərhində yazır: "Xəvaric Imam (ə)-a dedilər ki, dediklərinin hamısı düzdür, amma nə etmək olar ki, biz böyük bir günaha mürtəkib olmuş və ondan tövbə etmişik. Sən də gərək tövbə edəsən!" Imam xas bir günaha işarə etmədən ümumi şəkildə buyurdu: "Əstəğfirullahə Rəbbi və ətubu iləyh." Bu vaxt xəvaricin düşərgəsindən altı min nəfər ayrılıb Imama qoşuldu."

Ibni Əbil-Hədid bu istiğfarın izahında yazır: "Imamın bu tövbəsi "müharibə məkrdir" qəbilindən olan siyasət idi. O heç bir günahı iqrar etmədən bütün peyğəmbərlərin dediyi müəmmalı bir söz dedi və düşmən də onunla razılaşdı."270


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin