Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


-ŞƏXSLƏRIN DINƏ HAKIMIYYƏTI



Yüklə 249,24 Kb.
səhifə135/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   131   132   133   134   135   136   137   138   ...   162

1-ŞƏXSLƏRIN DINƏ HAKIMIYYƏTI


Onlar daim etiraz edib deyirdilər ki, bir-biri ilə müxalif olan qrupdan iki nəfərin öz şəxsi fikirləri əsasında müsəlmanların müqəddəratını əllərinə alması, öz şəxsi rəylərini müsəlmanların tanınmış rəhbərlərinin rəylərinə hakim etməsi necə mümkün ola bilər?! Onlar deyirdilər: Şəxslər özlərinin naqis əqlləri ilə müsəlmanların müqəddəratına, dininə hökm edə bilməzlər. Onların həmişəki sözləri bu idi: "Əli şəxsləri Allah dinində hakim etmişdir!"

Bu sual göstərir ki, onlar qazilərin qəzavətə seçilmə şərtlərindən xəbərsiz olub belə təsəvvür edirdilər ki, Imam (ə) müsəlmanların taleyini həll etməkdə onları tam ixtiyar sahibi etmişdir ki, istədikləri kimi qərar qəbul etsinlər, hansısa qərəzli işlər görsünlər. Imam (ə) bu etiraza cavab verib buyurdu: "Biz Allahın dininə adamları deyil, Quranı hakim etmişik. Bu Quran iki cildin arasında yerləşən, dil açıb söz danışmayan bir xətdir. Onu bəyan edən bir adam lazımdır. Bəyan edənlər ondan söz açırlar: Şamlılar "Quranı hakim seçək" - deyəndə, biz ondan üz çevirmədik. Çünki Quranda buyurulur: "Əgər bir şeydə ixtilafınız olsa, onu Allaha və Onun Peyğəmbərinə qaytarın (onlara müraciət edin)." Allaha müraciət etmək Qurana, Peyğəmbərə müraciət etmək isə onun sünnəsinə qayıtmaq deməkdir. Əgər qazilər Allahın Kitabına uyğun qəzavət etsələr, onda biz onu hamıdan qabaq qəbul edərik; əgər Peyğəmbər sünnəsinə müvafiq şəkildə qəzavət etsələr, yenə də biz onu hamıdan əvvəl qəbul edərik."274

Imam (ə) digər bir xütbədə həmin cavabı başqa ibarələrlə bəyan edərək buyurur: "Hər iki həkəm (qazi) buna görə seçilmişlər ki, Quranın dirçəltdiyi şeyləri dirçəltsinlər, onun öldürdüyü şeyləri də öldürsünlər (yəni haqqı dirçəldib, batili məhv etsinlər). Quranın dirçəltdiyi şeyləri dirçəltmək onun ətrafına yığışmaq, Quranın öldürdüyü şeyləri öldürmək də onlardan uzaqlaşmaqdır. Əgər Quran bizi şamlılara tərəf sövq etsə, gərək onlara tabe olaq; əgər onları bizə tərəf sövq etdirsə, gərək onlar bizə tabe olsunlar. Mən sizə heç bir şər gətirməmiş, sizi aldatmamış və heç nəyi sizdən gizlətməmişəm."275


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin