Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


ƏBDÜLLAHIN QATILLƏRINDƏN QISAS ALINMASINA DAIR QƏRAR



Yüklə 249,24 Kb.
səhifə140/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   136   137   138   139   140   141   142   143   ...   162

ƏBDÜLLAHIN QATILLƏRINDƏN QISAS ALINMASINA DAIR QƏRAR


Əbdüllahın qatillərinin camaat arasında yaratdıqları qorxu və vəhşət Imam (ə)-ı cəhalətin, şəqavətin kökünü kəsməyə məcbur etdi və qərara aldı ki, Həruraya (Nəhrəvana) tərəf hərəkət etsin. Hərəkət vaxtı o həzrətin nücum elmində məşhur olan bir dostu həmin saatda hərəkət etməyi məsləhət görməyib dedi:–Əgər günün bu saatında hərəkət etsən, sənə ağır xəsarət dəyəcək!

Imam (ə) onun sözünə əhəmiyyət vermədi, nücum elminin belə işlərə tətbiq olunmasını tənqid edib buyurdu:–Nücum elmindən qaranlıq çöllərdə və dəryalarda yolu istiqamətləndirmək üçün istifadə etmək lazımdır.

Təsadüfən bu səfərdə Imam (ə) böyük qələbələrə nail oldu. Imam (ə) Kufədən təzəcə aralanmışdı ki, dostlarından biri qaça-qaça gəlib dedi:–Ey Əmirəl-möminin, muştuluq ver! Xəvariclər sizin hərəkətinizdən xəbər tutub qaçmağa üz qoymuş və çaydan keçmişlər.

Imam (ə) buyurdu:–Onların çaydan keçməsini öz gözlərinlə gördünmü?

Dedi:–Bəli!

Imam (ə) onu üç dəfə and içdirdi, o da üç dəfə and içib dedi ki, xəvaricin körpüdən keçməsini öz gözləri ilə görmüşdür. Imam (ə) buyurdu:–Allaha and olsun, onlar suyu keçməmişlər və heç vaxt da keçməyəcəklər. Onların qətlgahı suyun kənarındadır. Çərdəyi yaran və insanı xəlq edən Allaha and olsun, (onlar) "Əslas" və "Qəsri-bəvazin" məntəqəsinə də çatmayacaqlar.284

Onun sözlərini başqa iki nəfər də təsdiq etdi, lakin Imam (ə) onların sözlərini qəbul etmədi. Necə qəbul edə bilərdi, halbuki məsum Peyğəmbər (s) o həzrətin üç dəstə ilə müharibə edəcəyini ona xəbər vermişdi. Onların ikisi ilə müharibə etmişdi, üçüncüsü isə Peyğəmbər (s)-in bəyan etdiyi əlamətlərə görə elə bunlar idi. Bu zaman bir nəfər şəkkə düşdü və fikirləşdi ki, görəsən gözləri ilə gördüyü şahidlərin sözünü qəbul etsin, yoxsa Imam (ə)-ın qeybi xəbərlərini?! Sonra qərara gəldi ki, əgər Imam (ə)-ın sözləri düz çıxmasa, onun düşmənlərinə qoşulacaq.

Imam (ə) ata mindi, qoşun da onun ardınca hərəkətə başladı. Xəvaricin ordugahına çatanda məlum oldu ki, onlar hamılıqla qılıncların qınlarını sındırmış və müharibəyə hazırlaşmışlar. Bu vaxt həmin cavan Imam (ə)-ın hüzuruna gəlib özünün bəd niyyətinə görə ondan üzr istədi.

Tarix göstərir ki, Imam (ə) Mədaindən keçib Nəhrəvanda düşərgə saldı. Sonra onlara xəbər göndərdi ki, Əbdüllahın, onun arvadının və oğlunun qatillərini, qisas alınması üçün təhvil verməlidirlər. Cavabda dedilər ki, bizim hamımız onların qatilləriyik və onların qanını halal bilmişik! Imam (ə) onların yaxınlığına gəlib dedi:–Ey (üsyankar) insanlar! Mən sizə xəbərdarlıq edirəm ki, məbada sabah islam ümmətinin lənətinə gələsiniz və suyun kənarında heç bir dəlil olmadan öldürüləsiniz! Mən sizi həkəmiyyəti qəbul etməkdən saxladım və dedim ki, Bəni-Üməyyənin nə dini var, nə də Quranı istəyirlər. Mən onları, uşaqlarından-böyüyünə kimi yaxşı tanıyıram. Onlar (uşaqlıq çağlarında) uşaqların, (böyüyəndə isə) camaatın ən pisləri idilər. Lakin siz mənim sözümə qulaq asmayıb müxalifətçilik etdiniz. Mən belə bir gün üçün hər iki qazidən iltizam aldım ki, Quranın diriltdiyini diriltsinlər, öldürdüyünü öldürsünlər. Indi ki, onların hər ikisi (Qurandakı) hökmün əksinə əməl etmişlər, biz də ilk sözümüzün üstündəyik.285

Xəvaric Imam (ə)-ın güclü məntiqi qarşısında boş və əbəs sözləri təkrar etməkdən başqa yol görmədilər və israr edərək dedilər ki, "həkəmiyyəti qəbul edəndə hamımız kafir olduq. Biz tövbə etdik, sən də öz küfrünü iqrar etdikdən sonra tövbə et. Bu halda biz səninlə eyni fikirli adam olarıq. Əks halda, bizdən əl çək. Əgər döyüşmək istəyirsənsə, biz döyüşə hazırıq.

Imam (ə) buyurdu:–Iman gətirib Rəsulullahın önündə cihad edəndən sonra öz küfrümə şəhadət verimmi?! Həkəmiyyəti qəbul etmək sizin qılınclarınızı siyirib camaatın başına endirməyinizə, camaatın qanını axıtmağınıza səbəb olacaqmı?! Bu, aşkar ziyankarlıqdır!


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin