Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ



Yüklə 249,24 Kb.
səhifə143/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   139   140   141   142   143   144   145   146   ...   162

ALTINCI HİSSƏ

NƏHRƏVANDAN SONRAKI HADISƏLƏR VƏ IMAM ƏLI (ə)-IN ŞƏHADƏTI

BİRİNCİ FƏSİL

QARƏTÇILIK, ICTIMAI TƏHLÜKƏSIZLIYIN POZULMASI, FACIƏLI QIRĞINLAR


Nəhrəvandakı fitnə Imam (ə)-ın qətiyyətli hərəkətləri, həmçinin o həzrətin vəfalı dostlarının ciddi səyləri ilə yatırıldı. Artıq mövcud şərait Imam (ə)-ın öz ordusunu qanunsuzluq törədənlərdən təmizləyib islam məntəqələrinin ictimai asayişini bərqərar etməyi, Müaviyənin və aldanmış şamlıların özbaşınaçılıqlarına son qoymağı tələb edirdi. Çünki, bütün fitnələr Müaviyə tərəfindən yaradılırdı. Iraqda Müaviyənin çoxlu casusu var idi, onlar hadisələri müntəzəm şəkildə ona xəbər verirdilər. Bu casusların bəziləri–Vəlid ibni Əqəbənin qardaşı Əmmarə ibni Əqəbə kimi–qədimdən Əli (ə)-a kin bəsləyirdilər. Bu iki qardaş xəbis Bəni-Üməyyə şəcərəsindən olmaqla o həzrətin qatı düşmənlərindən idilər, çünki Imam (ə) bu xəbis sülaləyə ağır və öldürücü zərbələr vurmuşdu. Belə ki, Vəlidin atası Bədr döyüşündə Əli (ə)-ın qüdrətli əli ilə öldürülmüşdü. Vəlidin özü "Hücürat" surəsinin 6-cı ayəsində "fasiq" adlandırılmışdır.

Osmanın xilafəti dövründə şərab içdiyinə görə Əli (ə) ona şallaq vurmuşdu. Buna görə onun qardaşı və Müaviyənin Kufədəki casusu Əmmarə ilə Vəlidin özünün Əli (ə)-a qarşı başladığı hərtərəfli müharibədə Müaviyəni təşviq edənlərdən olması çox da təəccüblü deyildi. Əmmarə bir məktub yazmaqla Imam (ə)-ın dostları arasında ikitirəlik və ixtilafı şiddətləndirdi, Nəhrəvan hadisəsini məktubda xəbər verdi və xatırlatdı ki, qarilərdən bir qrupu bu hadisədə Əli (ə)-ın əli ilə öldürülmüşdür. Bununla da onların arasında ixtilaf və narazıçılıq artmağa başlamışdır. O, məktubu bir nəfərin vasitəsi ilə Şama göndərdi. Müaviyə məktubu oxuduqdan sonra hər iki qardaşa (biri onun yanında idi) təşəkkür etdi.294

Müaviyə təhlükəsizliyi aradan aparmaq, qarətçilik tərətmək və Imam (ə)-ın şiələrini öldürmək üçün şəraiti münasib gördükdə Hicaza, Yəmənə və Iraqa müxtəlif dəstələr göndərməklə psixoloji müharibələrə başladı, eləcə də iğtişaş yaratmaq, günahsız adamları öldürmək, arvadların, yetim-yesirlərin var-dövlətini qarət etmək və s. kimi işlərlə nəinki Imam (ə)-ın Şamı yenidən ələ keçirmək fikrindən saxladı, üstəlik əməli olaraq mərkəzi hökumətin öz sərhədlərini qorumağa qadir olmadığını isbat etmək istədi.

Şeytani siyasətdən başqa bir şey olmayan bu işlər öz təsirini göstərdi. Müaviyə vicdansız adamları Imam (ə)-ın hakimiyyəti dairəsində olan yerlərə göndərməklə minlərlə günahsız adamı qətlə yetirdi. Bu quldurlar hətta arvadlara, uşaqlara rəhm etmirdilər. Gələcəkdə qeyd edəcəyimiz kimi, onlar Übeydullah Ibni Abbasın iki oğlunun başını camaatın gözü qarşısında kəsdilər.

Imam (ə)-ın xilafətinin bu dövründə baş verən hadisələr çox kədərləndiricidir. Əlbəttə bu, Əli (ə)-ın düşməni məhv etmək üçün kifayət qədər siyasi tədbirinin olmaması mənasına deyildi. Sadəcə, o həzrətin ixtiyarına olanlar yalnız sayı çox az olan bir dəstə adam idi, onlar da bəhanəçi, tənbəl və rahatlıq axtaran, hər şeydən də pisi onların uzaqgörən olmamaları idi. Buna görə də Imam (ə) özünün yüksək ilahi məqsədlərinə çata bilmədi. Tarixdə vəhşicəsinə olan bu hücumlar dəqiq şəkildə qeydə alınmışdır. Biz burada bu hücumların aydın təsvirlərini qeyd edirik ki, Müaviyənin islam və insaniyyət qanunlarını necə tapdalaması aydın olsun:


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin