Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


ƏLI (ə)-IN VALISI (NÜMAYƏNDƏSI) VƏ BITƏRƏFLƏR



Yüklə 249,24 Kb.
səhifə150/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   146   147   148   149   150   151   152   153   ...   162

ƏLI (ə)-IN VALISI (NÜMAYƏNDƏSI) VƏ BITƏRƏFLƏR


Misrin əvvəlki valisi Məhəmməd ibni Qeysin dövründə bəziləri onun hökumətindən kənara çəkilərək özlərini bitərəflər adlandırmışdılar. Məhəmməd ibni Əbi Bəkr Misirdə işə başlayandan bir ay sonra həmin bitərəfləri iki işdən birini seçməkdə azad qoydu: ya hökumətə vəfadar olduqlarını və itaət edəcəklərini elan, ya da Misri tərk etsinlər. Onlar bu barədə fikirləşmək üçün möhlət istədilər. Məhəmməd onlara möhlət verilməsini qəbul etmədi, onlar da öz dediklərinin üstündə dayanaraq müdafiə olunmağa hazırlaşdılar. Siffeyn müharibəsində Imam (ə)-la Müaviyə arasındakı ixtilafın həll edilməsinin iki qaziyə həvalə edilməsi və tərəflərin müharibəni saxlamaları xəbəri onlara çatanda bu "bitərəflər" hakimə qarşı daha da cürətləndilər, bitərəflikdən çıxıb hökumətlə aşkar müxalifətə qalxdılar. Vali Haris ibni Cəmhan və Yəzid ibni Haris Kənanini göndərdi ki, onlara nəsihət etsin. Lakin onlar, həvalə edilən vəzifəni yerinə yetirdikləri vaxt müxaliflər tərəfindən öldürüldü. Üçüncü adamı göndərdi, o da bu yolda öldürüldü. Bu üç nəfərin öldürülməsi nəticəsində bəziləri daha da cürətlənib şamlılar kimi camaatı Osmanın intiqamını almağa təhrik etməyə başladılar. Müxalifət üçün əvvəllər də şərait mövcud olduğuna görə başqaları da onlara qoşuldu, nəhayət Misri iğtişaşlar bürüdü. Gənc vali Misirdə səbatı bərqərar edə bilmədi. Əmirəl-möminin Misrin vəziyyətindən agah olduqda buyurdu: "Yalnız iki nəfər Misirdə sabitliyi bərpa edə bilər: biri əvvəlcə orada rəhbərlik etmiş Qeys ibni Səd, digəri isə Malik Əştər."

Imam (ə) bu sözü deyəndə artıq Maliki Cəzirəyə vali göndərmişdi. Qeys ibni Səd həmişə Imam (ə)-ın yanında idi, amma onun Iraqdakı orduda olması zəruri idi. Buna görə də Malik Iraq-Şam arasında yerləşən geniş bir məntəqədə–Nəsibeyndə olanda Imam (ə) ona bir məktub yazaraq özünün və Misrin vəziyyətini belə şərh etdi: "Sən o adamlardansan ki, mən onların köməyi ilə dini möhkəm saxlayır, itaətsizlik edənlərin təkəbbürlərini kökündən kəsir, qorxulu boşluqları doldururam. Mən Məhəmməd ibni Əbi Bəkri Misrə vali göndərmişdim, lakin bəziləri ona qarşı itaətsizlik etmişlər, o da cavan və təcrübəsiz olduğuna görə onlara qələbə çala bilməmişdir. Etimad etdiyin bir adamı özünə canişin seçib, təcili olaraq özünü bizə yetir, görəcəyin işləri araşdıraq."

Imam (ə)-ın məktubu Malikə çatan kimi Şəbib ibni Amiri öz yerinə qoydu və Imam (ə)-ın yanına gəldi, Misrin iğtişaşlı vəziyyətindən agah oldu. Imam (ə) ona buyurdu: "Tez bir zamanda Misrə tərəf hərəkət et, bu iş üçün səndən başqa heç kimim yoxdur. Mən səndə olan əql və agahlığa görə daha heç nə tövsiyə etmirəm. Təchizat üçün Allahdan kömək istə, sərtliklə mülayimliyi bir-birinə qat. Mümkün qədər mülayim rəftar et və sərtlikdən başqa bir yol olmadıqda öz gücünü işə sal."

Imam (ə)-ın tərəfindən Malikin Misrə göndərilməsi xəbəri Müaviyəyə çatanda dəhşətə gəldi. Çünki o, çoxdan bəri Misrə göz dikmişdi və bilirdi ki, əgər Malik Misrə hakim olsa, oranın vəziyyəti (Müaviyə üçün) Məhəmməd ibni Əbi Bəkrin zamanındakından qat-qat pis olacaq. Buna görə də çarə fikirləşdi, vergi verənlərin birinin əli ilə, həm də onu vergidən azad etmək qiymətinə Malikin qətlinin zəminəsini hazırladı. Misir əhalisi Imam (ə)-dan xahiş etdilər ki, tez bir zamanda başqa bir vali təyin etsin. Imam (ə) onlara belə cavab yazdı: "Allahın bəndəsi Əmirəl-möminin Əliyyibni Əbi Talib tərəfindən Misir müsəlmanlarına. Salam olsun sizə. Tək olan Allaha həmd-səna edirəm. Sizin üçün elə bir adam göndərirəm ki, qorxulu günlərdə onun gözlərinə yuxu getməz, təhlükəli anlarda heç vaxt düşməndən qorxmaz və kafirlərə qarşı oddan da şiddətlidir. O, Məzhəc qəbiləsindən olan Harisin oğlu Malikdir. Onun sözlərinə qulaq asın, haqq ilə uyğun olduğu hər yerdə əmrlərinə itaət edin. O, Allahın (siyirilmiş) qılınclarından biridir, heç vaxt kütləşməz, vurduğu zərbə boşa çıxmaz. Əgər düşmənə tərəf hərəkət əmrini versə, hərəkət edin, dayanmağı əmr etsə, dayanın. Onun əmri mənim əmrimdir. Mən onu Misrə göndərməklə, sizə qarşı olan xeyirxahlığıma və düşmənlərinizə qarşı olan sərtliyimə görə sizi özümdən qabağa saldım."308

Imam (ə)-ın seçdiyi təzə vali lazım olan vəsaitləri tədarük görüb hərəkətə başladı, "Qistat"ın309 iki mənzilliyində yerləşən "Qulzum"310 adlı qəsəbəyə çatanda oranın əhalisindən olan bir kişinin evinə qonaq düşdü. O kişi göstərdiyi xoş xidmətlərə görə Malikin etimadını qazandı və nəhayət onu zəhər qatılmış bal şərbəti ilə zəhərlədi. Beləliklə də Allahın kəsici qılıncı əbədi olaraq öz qınına girdi: o, öz canını Allaha tapşırdı.

O, 38-ci hicri ilində Qulzumda can verdi və elə orada da dəfn edildi. Aydındır ki, Malikin qonaq olduğu ev sahibi tanınmış adamlardan imiş və əvvəldən Malikin düşməni–Müaviyə tərəfindən alınmışdı.311 Bəzi tarixçilər onun şəhadətini daha geniş, həmçinin başqa cür yazaraq qeyd etmişlər ki, Müaviyə Imam (ə)-ın Maliki Misrə vali təyin etmək barəsindəki qərarından agah olanda Qulzumdakı nüfuzlu adamlardan birinə dedi ki, nə yolla olursa olsun, Maliki aradan götürsün. Əgər belə edərsə, Misri ələ keçirəndən sonra onu vergidən azad edəcəkdir. Müaviyə bu işlə kifayətlənməyib camaatın ruhiyyəsini gücləndirmək və öz tabeçililərinin Allah yolunda hərəkət etmələrini (!) isbat etmək üçün Şam əhalisinə dedi ki, müntəzəm surətdə Maliki qarğışlayıb Allahdan onu məhv etməsini istəsinlər. Çünki Malikin öldürülməsi şamlıların sevincinə və öz rəhbərlərinə daha çox etimad etmələrinə səbəb olardı.

Malik Qulzuma çatdıqda Müaviyənin məmuru onu öz evinə dəvət edib özünü Əli (ə)-ın dostu kimi göstərdi, onun etimadını qazanmaq üçün dedi ki, qonaqlıq xərclərini vergi pulundan hesab edəcəkdir. O, Malik üçün geniş bir süfrə açdı və süfrəyə çoxlu zəhər qatılmış bal şərbəti qoydu, çox keçmədən Maliki şəhid etdi.

Malikin ölüm xəbəri Müaviyəyə çatanda minbərə çıxıb dedi:–"Ey camaat! Əbu Talibin oğlunun iki qüdrətli əli var idi, onlardan biri (Əmmar Yasir) Siffeyndə, biri isə (Malik Əştər) bu gün kəsildi."312



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin