Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


IMAM (ə)-IN NÜMAYƏNDƏSI ŞAMDA



Yüklə 249,24 Kb.
səhifə2/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   2   3   4   5   6   7   8   9   ...   162

IMAM (ə)-IN NÜMAYƏNDƏSI ŞAMDA


Hər hansı bir insanın elçisi və nümayəndəsi onun şəxsiyyətini təmsil edir və onun işbilən və münasib adamı seçməsi əqlinin kamilliyindən və püxtələşməsindən xəbər verir. Elə buna görə də alimlər demişlər: "Düzgün seçicilik kişinin əqlinin ən yaxşı nişanəsi, onun inkişaf səviyyəsinin tərəzisidir."

Imam Əli (ə) Müaviyənin işdən götürülməsi fərmanını çatdırmaq üçün siyasi və dövlət məsələlərində çoxlu təcrübələri olan, Müaviyəni yaxşı tanıyan və özü də bacarıqlı və mahir söz ustası olan bir şəxsi seçdi. Bu şəxs Cərir ibni Əbdüllah idi. O, Imam (ə)-ın məktubunu rəsmi bir məclisdə Müaviyəyə verdi. O, məktubu oxuyub qurtardıqda Cərir Əli (ə)-ın rəsmi nümayəndəsi kimi yerindən qalxdı, çox şirin və ürəkoxşayan bir xütbə söylədi. Allaha həmd-səna edib, Peyğəmbərə salavat göndərəndən sonra belə dedi:–"Osmanın işi (onun Peyğəmbər səhabələrinin əli ilə öldürülməsi) nəinki hadisədən kənarda olanları, hətta Mədinədə hazır olanları belə aciz etmişdi. Camaat Əli ilə beyət etdi. Təlhə və Zübeyr də onunla beyət edənlərdən idi, lakin sonra heç bir əsaslı dəlil olmadan onu pozdular. Islam fitnəyə, ərəblər isə qılınca dözmür. Dünən Bəsrədə elə bir qəmli hadisə baş verdi ki, əgər bu bir də təkrar olunsa, daha heç kəs sağ qalmayacaq. Bilin ki, xalq kütləsi Əli ilə beyət etmişdir. Əgər Allah işi bizə həvalə etsəydi, biz ondan başqasını seçməzdik. Hər kəs ümumi seçki ilə müxalifət etsə, xatircəm olsun ki, xalqın seçdiyi rəhbəri qəbul etmir. Ey Müaviyə, sən də camaatın gəldiyi yola gəl və Əlini müsəlmanların rəhbəri kimi qəbul et. Əgər "Osman məni bu məqama seçmişdir və hələ işdən götürməmişdir" desən, onda bu söz qəbul olunsa, Allah üçün din qalmaz və hər kəs əlində olanı bərk-bərk saxlayar."6

Cəririn sözü sona çatanda Müaviyə dedi:–Bir qədər səbir elə, mən Şam camaatının rəyini soruşum, sonra nəticəni elan edərəm.7


Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin