IMAM (ə) RIQQƏDƏ
Imam (ə) Mədaindən çıxmazdan əvvəl Müəqqəl ibni Qeysin başçılığı ilə üç min nəfəri Riqqəyə göndərdi və əmr etdi ki, əvvəlcə Mosula, sonra isə Nəsibeynə getsinlər, Riqqəyə çatdıqda dayanıb Imamla görüşsünlər.90 Imam (ə) özü də başqa bir yolla Riqqəyə yola düşdü. Qoşunun bu yolla getməsi bu məntəqədə hakim dövlətin mövqeyinin bir növ möhkəmləndirilməsi idi.
Imam (ə) öz ordusuna fərman vermişdi ki, heç kəslə işləri olmasın, yolları üstündə yerləşən məntəqə əhalisinə ümid versinlər, sübh vaxtı və axşamçağı hərəkət etsinlər, günün və gecənin ilk yarısını istirahət etsinlər. (Çünki Allah gecəni insanların istirahəti üçün xəlq etmişdir.) Özlərinin, əsgərlərin və minik heyvanlarının rahatçılığı və salamatçılığına şərait yaratsınlar. Ordu həmin yolu Imam (ə)-ın buyurduğu kimi ötüb keçdi. Riqqəyə çatanda artıq Imam (ə) orada idi.91
Dostları ilə paylaş: |