Müaviyəyə xəbər çatdı ki, Əli (ə) Riqqə məntəqəsində Fəratın üstündən körpü salaraq ordunu çaydan keçirmişdir. Müaviyə əvvəldən Şam əhalisini səfərbər etmişdi. Bu xəbəri eşidəndən sonra minbərə çıxıb Imam (ə)-ın Bəsrə və Kufə cəngavərləri ilə yürüş etməsini onlara xəbər verdi, öz can və mallarını müdafiə etmək üçün ciddi təbliğat apardı. Onun çıxışından sonra, əvvəlcədən hazırlanmış şəxslər Müaviyənin sözlərinə qüvvət verdilər, o da döyüş qüdrəti olan bütün adamlarla birlikdə hərəkət etdi, öndə hərəkət edən Əbül-Əvərin qoşununun arxasında düşərgə saldı və oranı özünə qərargah seçdi.
Bir rəvayətə görə Müaviyə öz ətrafına 40 min nəfər toplamışdı ki, Imam (ə)-ın əsgərlərini ona yaxın düşməyə qoymasınlar.95
Dostları ilə paylaş: |