Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


MÜXALIFƏTIN ƏVƏZININ ÇIXILMASI



Yüklə 249,24 Kb.
səhifə59/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   55   56   57   58   59   60   61   62   ...   162

MÜXALIFƏTIN ƏVƏZININ ÇIXILMASI


Imam (ə) müxalifət başçılarını hüzuruna çağırıb onları danladı. Əşəs ibni Qeys özünün müxalifət etdiyinə görə üzr istədi və dedi ki, bu məğlubiyyətin əvəzini çıxarıq. Sonra Malik Əştərin də iştirak etdiyi şiddətli bir döyüşdən sonra Müaviyənin qoşununu işğal olunmuş məntəqədən üç ağaclıq məsafəyə qədər qovdular və bu yolla da məğlubiyyətlərinə səbəb olan müxalifətlərinin bir növ əvəzini çıxdılar. Cəbhənin vəziyyəti yenidən Imam (ə)-ın xeyrinə olaraq dəyişdi, Fəratdan su götürmək imkanı islam qoşununun ixtiyarına keçdi. Amma bu vaxt Imam (ə) öz kəramət və alicənablığını göstərdi və dərhal Müaviyəyə belə bir xəbər göndərdi: "Biz heç vaxt əvəz-əvəz etmirik. Suya tərəf gəlin, biz də, siz də bu ilahi nemət önündə bərabərik."

Sonra öz qoşununa üz tutub dedi:–Bizim məqsədimiz suyu ələ keçirmək deyildir, məqsəd bundan da yüksəkdir.114

36-cı ilin Rəcəb ayından Zil-həccə ayına qədər ara-sıra müharibələr və pərakəndə hücumlar davam etdi. Döyüşən tərəflər ordunun dağılmasına səbəb olacaq çoxlu insan tələfatı verməkdən çəkinirdilər. Lakin Zil-həccə ayında müharibə odu daha da qızışdı. Imam (ə) bu ayda öz sərkərdələrindən Əştəri, Hücr ibni Ədini, Şibs Təmimini, Xalid Dusini, Ziyad ibni Nəzri, Ziyad ibni Cəfəri, Səid Həmdanini, Müəqqəl ibni Qeysi, Qeys ibni Sədi onların ixtiyarında olan əsgərlərlə birlikdə döyüş meydanına göndərdi.115

Sərkərdələr içərisində Əştər hamıdan çox rəşadət göstərirdi. Bəzən bir gün ərzində iki dəfə hücum baş verir, hər iki tərəfdən öldürülənlər olurdu. 37-ci ilin Məhərrəm ayının əvvəllərində hər iki tərəf Məhərrəmül-həram ayına ehtiram olaraq müharibəni dayandırmaqla əlaqədar razılığa gəldilər. Nəhayət, nümayəndə göndərməklə müzakirələr başlandı.116



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin