Siffeyn müharibəsinin səBƏBLƏri imam (ə)-in müaviyəYƏ QƏti söZÜ


MÜAVIYƏNIN NÜMAYƏNDƏLƏRI IMAM (ə)-IN HÜZURUNDA



Yüklə 249,24 Kb.
səhifə62/162
tarix11.01.2022
ölçüsü249,24 Kb.
#110715
1   ...   58   59   60   61   62   63   64   65   ...   162

MÜAVIYƏNIN NÜMAYƏNDƏLƏRI IMAM (ə)-IN HÜZURUNDA


Nüfuzlu şəxsiyyətləri göndərməkdə Imam (ə)-ın məqsədi bu idi ki, Müaviyənin tutduğu mövqeyi dəyişdirsin və bu məsələ müzakirə yolu ilə həll edilsin. Halbuki Müaviyənin bu işdə məqsədi müharibənin gedişini təxirə salmaqla Imam (ə)-ın qoşununda ixtilaf yaratmaq idi. O bilirdi ki, Əli (ə) onun kimilərin qarşısında tutduğu mövqeyi heç vaxt dəyişməz. Müaviyə Həbib, Şərhbil və Müəni Əli (ə)-ın hüzuruna göndərdi. Onların məntiqi elə Müaviyənin məntiqi idi. Əslində onlar Müaviyənin sözlərini artırıb-əskiltmədən təkrar edən carçılar idilər.

Indi onların Imam (ə)-la apardıqları müzakirəni qeyd edirik. Həbib dedi:–Osman hidayət olunmuş bir xəlifə idi, siz onun haqqını tapdalayaraq onu öldürdünüz. Onun qatillərini təhvil verin, onlardan qisas alaq. Əgər sən onu öldürmədiyini desən, onda hakimiyyətdən geri çəkil və onu şuraya tapşır. Camaat hər kəsi seçsə, o da xəlifə olsun.

Həbibin sözləri çox süst və əsassız idi. Əvvəlcə Imam (ə)-ı dəlilsiz-sübutsuz olaraq xəlifənin qətlində günahlandırıb özünü xəlifənin müdafiəçisi hesab edir. Sonra isə Imam (ə)-ın bu işi görmədiyini qəbul edir və ona deyir ki, xilafətdən kənara çəkilsin. Sanki onun sözlərinin hamısı son sözü üçün bir müqəddimə imiş. Buna görə də Imam (ə) qətiyyətlə bildirdi:–Sus! Sənin hökumətə aid olan işlərə müdaxilə etməyə, bizim işdən götürülməyimizi tələb etməyə haqqın yoxdur! Sənin belə bir səlahiyyətin yoxdur və ona da layiq deyilsən.

Həbib dedi:–Allaha and olsun ki, özünü xoşlamadığın bir vəziyyətdə görəcəksən!

Imam (ə) buyurdu:–Sən heç nəsən! Get öz süvari və piyadalarını bir yerə yığ! Sənin əlindən heç bir iş gəlməz!

Şərhbil dedi:–Mən də elə Həbib deyənləri deyirəm. Ona verdiyin cavabdan başqa bir sözün də varmı?

Imam (ə) buyurdu:–Bəli! Sənə və sənin dostuna başqa bir cavab da varımdır. Allah Öz Peyğəmbərini seçib onun vasitəsi ilə insanları zəlalətdən xilas etdi. Nəhayət, o öz risalətini yerinə yetirdikdən sonra Allah onu layiq bildiyi yerə (cənnətə) göndərdi. Sonra camaat Əbu Bəkri onun canişini kimi qəbul etdilər. Əbu Bəkr də Öməri özünə canişin seçdi... Sonra Osman hakimiyyəti ələ aldı. Camaat onun gördüyü (yaramaz) işlərə etiraz edib, hücum edərək onu öldürdülər. Sonra onların işlərindən kənarda olduğum halda mənə pənah gətirdilər. Onlar çox israrla mənə beyət etdilər. Əvvəlcə bunu qəbul etmədim, yenə də israr edərək dedilər: "Ümmət səndən başqasının xilafətinə razı deyildir. Biz bundan qorxuruq ki, səninlə beyət etməsək, ikitirəlik yarana bilər." Buna görə də mən onların beyətini qəbul etdim. Təlhə və Zübeyr də mənimlə beyət etdilər, lakin sonradan beyəti pozdular. Sonra Müaviyə mənimlə müxalifətə qalxdı. Onun nə dində bir xidməti var, nə də islamda yaxşı bir keçmişi. O, (Məkkənin fəthində əsirlikdən) azad edilmişdir, özü də azad edilmişin oğludur. O, əməvi hizbindəndir. Onun atası həmişə Allah və Onun Peyğəmbəri ilə düşmən olmuşdur. Onların hamısı islamı məcburiyyət üzündən, çıxılmaz vəziyyətdə qaldığı üçün qəbul etmişlər. Sizin bu işinizə təəccüb edirik ki, nə üçün onun üçün qüvvə yığmısınız, nə üçün ona itaət edir və Peyğəmbər ailəsini tərk edirsiniz. Siz nə üçün Peyğəmbərin Əhli-beytini qoyub başqalarına qoşulmusunuz?! Mən sizi Allahın Kitabına, Peyğəmbərin sünnəsinə, batili məhv edib din nişanələrini dirçəltməyə dəvət edirəm. Bunu deyir və hər bir mömin kişi və qadın üçün Allahdan bağışlanmaq istəyirəm.120

Əgər tamah Təmim qəbiləsinin zahidi Şərhbilə qələbə çalmasaydı və onun islam tarixindən müəyyən qədər xəbəri olsaydı, Imam (ə)-ın sözlərini qəbul edərdi. Lakin o, Imam (ə)-ın haqq sözləri qarşısında aciz qaldığına görə sözü dəyişib dedi: Osmanın qətli barəsində nə deyirsən?! Onun məzlumcasına öldürülməsinə şəhadət verirsənmi?

Bu cür suallar bir peyğam gətirənin vəzifəsi deyildi. Onun məqsədi yalnız yığıncağı bir-birinə vurmaq idi. Bu məsələ barəsində mühakimə yürütmək Osmanın qətlinin səbəblərini araşdırmağı gərəkli etdiyindən Imam (ə) onu təsdiq etmədi. Onlar da elə bunu bəhanə edərək çıxıb getdilər və dedilər:–"Hər kəs onun məzlumcasına öldürülməsinə şəhadət verməsə, biz ondan bezarıq!"

Imam (ə) onları bu ayənin aşkar nümunəsi hesab etdi:–"Sən ölüləri və karları, arxa çevirdikləri vaxt anlada bilməzsən; və sən korları zəlalətlərdən hidayətə gətirə bilməzsən. Sən yalnız Bizim ayələrimizə iman gətirən və haqqın qarşısında təslim olan kəslərə söz eşitdirə bilərsən."121



Yüklə 249,24 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin