Hər bir ordunun böyük şəxsiyyətlərinin və qoşun başçılarının çıxışları böyük bir təbliğat sayılır. Çox hallarda kiçik bir xitab böyük bir ordunu həyəcana gətirir və qələbəyə zəminə yaradır. Buna görə də səfər ayının doqquzunda, cümə axşamı günü Imam (ə)-ın qoşunundakı böyük şəxsiyyətlər çıxış etməyə başladılar. Imam (ə)-ın özündən əlavə, Əbdüllah ibni Bədil, Səid ibni Qeys və Malik Əştər çıxış edərək hər biri xas bir məntiqlə qoşunu düşmənlərə qarşı yürüşə təşviq etdilər.138 Bu müddətdə müəyyən hadisələr də baş verdi ki, onların bəzilərini qeyd edirik: